Yenə ilk zəng çalındı

Hər il sentyabrın 15-də Azərbaycanda “Bilik günü” qeyd olunur. Artıq bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı kimi qəbul olunur. Həm də sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayır. Xatırladaq ki, 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Məhz bu ilki “Bilik günü”ndə də orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açmışdır. 

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
 

Hər il sentyabrın 15-də Azərbaycanda "Bilik günü" qeyd olunur. Artıq bu gün Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı kimi qəbul olunur. Həm də sentyabrın 15-də ölkəmizdə yeni dərs ili başlayır. Xatırladaq ki, 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Məhz bu ilki "Bilik günü"ndə də orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açmışdır. 
Məlumat üşün qeyd edək ki, bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunaraq istifadəyə veriləcək. Yeni dərs ili üçün 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Bilik günü"ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Hz. Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhabələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. Tarixən xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
 Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyyələrini verməsi Dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir. Prezident İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir.

Fatimə bala da bu il birinci sinfə gedir. Sumqayıtdakı 10 nömrəli məktəbə. Uğurlu olsun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31