Avtomobil qaçıran şəxsdən narkotik götürülüb
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 20 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini İlqar Teymurova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fəzail Bəndəliyev tutulub. Ondan 13,8 qram marixuana götürülüb.
15 Sentyabr 2016 13:46 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də saat 20 radələrində Bərdə şəhəri ərazisindən şəhər sakini İlqar Teymurova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fəzail Bəndəliyev tutulub. Ondan 13,8 qram marixuana götürülüb.