Əsgərxan Novruzov: “Yığmamız Rusiyadan sonra ikinci yerdə qərarlaşıb”

“Avqust ayının 31-i və sentyabr ayının 4-ü 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı təşkil olunmuşdu. Artıq yarış yekunlaşıb. Bizim sərbəst güləşçilərimiz sentyabrın 3-4-də xalça üzərinə çıxdılar”. Bunu SİA-ya Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov deyib.

"Avqust ayının 31-i və sentyabr ayının 4-ü 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı təşkil olunmuşdu. Artıq yarış yekunlaşıb. Bizim sərbəst güləşçilərimiz sentyabrın 3-4-də xalça üzərinə çıxdılar". Bunu SİA-ya Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Əsgərxan Novruzov deyib.

Məşqçinin sözlərinə görə, yarışın birinci günündə güləşçimiz 50 kq çəkidə mübarizə aparan Əliabbas Rzazadə Ukrayna, Peru və Rusiyadan olan rəqiblərini üstələsə də, yarımfinalda ABŞ idmançısına uduzub: " Bürünc medal görüşünə haqq qazanan güləşçimiz Türkiyə idmançısı ilə qarşılaşıb. Görüşü qələbə ilə tamamlayan Əliabbas Rzazadə Dünya çempionatının bürünc medalını qazanıb.

Əliabbas Rzazadə (50 kq) çəkidə ikinci yer uğrunda mübarizə apardı və üçüncü yerə çıxdı. 74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov Ermənistan, Latviya və Misirdən olan rəqiblərini üstələyib. Yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşdə hesab bərabər olsa da son xalı rəqib qazandığından Murad görüşü məğlub başa vurub. Bürünc medal uğrunda görüşdə Gürcüstan idmançısı ilə qarşılaşan güləşçimiz hesabda öndə olduğu halda ani bir səhv nəticəsində qələbəni əldən verib və çempionatı 5-ci sırada tamamlayıb".

O əlavə edib ki, son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib: "Yarışa qatılan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.  Qızıl medalı yığmamıza 55 kq çəkidə yarışan Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüb.

Komanda hesabında 49 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub. Təbii ki, uğurlarımız qənaətbəxşdir. Amma daha da yaxşı ola bilərdi". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31