Dəniz Akademiyasının yeni tədris korpusu istifadəyə verilib
Sentyabrın 15-də Dəniz Akademiyasının yeni korpusu tələbələrin istifadəsinə verilib. Xəzər Dəniz Gəmiçiliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, Kazım Kazımzadə küçəsi, 127 ünvanda, “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən dördmərtəbəli binada Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir işləri görülüb, ərazisi abadlaşdırılıb. Yeni tədris korpusunun foyesində Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən guşə yaradılıb.
15 Sentyabr 2016 14:17 SosialSentyabrın 15-də Dəniz Akademiyasının yeni korpusu tələbələrin istifadəsinə verilib. Xəzər Dəniz Gəmiçiliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, Kazım Kazımzadə küçəsi, 127 ünvanda, "Elmlər Akademiyası" metrosunun yaxınlığında yerləşən dördmərtəbəli binada Xəzər Dəniz Gəmiçiliyinin vəsaiti hesabına əsaslı təmir işləri görülüb, ərazisi abadlaşdırılıb. Yeni tədris korpusunun foyesində Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən guşə yaradılıb. Tədris korpusunda 20 auditoriya, o cümlədən kompyuter otağı, geniş akt zalı, 240 nəfərlik yeməkxana təşkil olunub, binanın istilik sistemi yenidən qurulub. Burada təmizlik və səliqə-sahman göz oxşayır. Auditoriyalar internet, proyektor avadanlıqları və əyani vəsaitlərlə tam təmin edilib, müəllimlər üçün də hər cür şərait yaradılıb. Binada 44 tədris otağı, idman zalı, foye və dəhlizlər əsaslı təmirdən çıxıb, ərazidə böyük həcmdə abadlıq işləri görülüb, yeni hasar çəkilib, asfalt döşənib.