“Sağlam Ürək Həftəsi” keçiriləcək
Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur.“Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının "Dünya Ürək Günü" ilə bağlı tədbirlərinə öz töhfəsini verir.
15 Sentyabr 2016 14:16 SosialDünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 29 sentyabr "Dünya Ürək Günü" kimi qeyd olunur."Dünya Ürək Günü"nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2010-cu ildən etibarən Dünya Ürək Federasiyasının "Dünya Ürək Günü" ilə bağlı tədbirlərinə öz töhfəsini verir. "OLAYLAR"-a daxil olan məlumata görə, bu günlə bağlı əsasən paytaxt Bakıda və regionlarda silsilə tədbirlər, beynəlxalq konfranslar və alış-veriş mərkəzlərində aksiyalar keçirilib, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarlar təşkil edilib, maarifləndirici məlumat kitabçaları paylanılıb, uşaq evinin sakinləri kardioloji müayinədən keçirilib. Cəmiyyət tərəfindən bu il də Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. AÜDCC İdarə Heyətinin qərarı ilə sentyabrın son həftəsi "Sağlam Ürək Həftəsi" elan edilib. Bu həftə çərçivəsində 28, 29, 30 sentyabrda paytaxtda yerləşən alış-veriş mərkəzlərində "Həyatına enerji qat!" şüarı altında aksiyalar baş tutacaq, ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış maarifləndirici məlumat kitabçaları paylanılacaq. Oktyabrın 1-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birgə Park İnn otelində yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.