Gündəm
Yol polisi ilk dərs günü problem yaşadı
Bu gün Azərbaycanda yeni dərs ili başlayıb. Bu səbəbdən yollarda əvvəlki günlərdən fərqli olaraq nəqliyyatın sıxlığı müşahidə olunur. Söhbət paytaxt yollarından gedir. Bəs yollarda yaranan sıxlıq necə tənzimlənir?
Muzdla işləyənlərin maaşı artdı: 489,3 manat
2016-cı il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olub, onlardan 888,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 632,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rüfət Səfərov təcridxanada vəkili ilə görüşüb
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən, rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb.
Türkiyədə erməni dilində olan yazılar ləğv edilir
Türkiyədə erməni dilində olan yazılar ləğv edilir. Azvision.az bildirir ki, ölkədə kürdlərin daha çox məskunlaşdığı ərazilərdə erməni dilində olan bütün lövhələr yığışdırılır.
Müsavatın və Milli Şuranın mitinqinə razılıq verilib - YENİLƏNİB
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.
"Fitch": Azərbaycanda valyuta ilə bağlı kritik vəziyyət yaranmayacaq
Azərbaycanın valyuta böhranı şəraitinə daxil olması onun iqtisadi vəziyyətini çətinləşdirsə də, hazırda vəziyyət kritik deyil.
Ermənistanda xidmət rəhbəri həbs olundu
Qeraçi adına İrəvan Dövlət Tibb Universitetinin təhlükəsizlik xidmətinin rəhbəri Vanik Qinosyan həbs olunub.
Pentaqon ABŞ-Rusiya razılaşmasını dəyərləndirdi
"Rusiya və ABŞ arasında Suriya münaqişəsinin həlli istiqamətində əldə edilən razılıq müsbət addımdır".
Dini ekstremizm əleyhinə əməliyyatlara əngəl olanlar cəzalandırılacaq
Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar-əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlər cəzalandırılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi təklif edilir.
Bakı-Təl-Əviv münasibətlərində yeni mərhələ
Son illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin bilavasitə iştirakı və təşəbbüsü ilə mühüm strateji layihələrin həyata keçirilməsi Bakıya olan marağı daha da artırıb. Məhz bu marağın göstəricisidir ki, nüfuzlu dünya dövlətləri Azərbaycanla ikitərəfli əməkdaşlığa can atır, maraq göstərirlər.
Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatına nə verəcək?
Azərbaycanda iqtisadi inkişaf strategiyası artıq modernləşmə xəttinə əsaslanmaqla tam innovativ yönümdə həyata keçirilir. Qlobal trendlərə uğurla uyğunlaşdırılan çevik iqtisadi siyasətin prioritet sahələrindən biri isə məhz sənaye sektorudur.
Radikal müxalifətin bütün cəhdləri əhəmiyyətsizdir
Ölkə mühüm siyasi prosesə, konstitusiyaya əlavə və dəyişikliklərə hazırlaşdığı bir ərəfədə radikal müxalifət yenə də öz ənənəsinə sadiq qalaraq ictimai rəyi çaşdırmağa, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə cüzi də olsa mane olmağa cəhd göstərir. Hər halda radikal müxalifətin Milli Şura adlanan qanadının sentyabrın 11-də təşkil etdiyi mitinq belə deməyə əsas verir.
98 il əvvəl çalınan zəfər marşı...
Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edilməsinin 98-ci ili tamam oldu. Bu, Azərbaycan xalqına aid ən şərəfli tarixlərdən biridir. 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub.
Azərbaycan-Fransız Universiteti açıldı
Sentyabrın 15-də Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub. “Olaylar”-ın xəbərinə görə, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez ali məktəb rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Xatırladaq ki, UFAZ bu tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında (ADNSU) Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. UFAZ-nin məzunlarına ikili diplom (Strasburq Universiteti və ADNSU) veriləcək.
Azərbaycan-Amerika münasibətlərinə kölgə salmaq istəyən kimlərdir?
Azərbaycana qarşı şər kampaniyasına yenidən start verilib. Bir qayda olaraq ölkədə mühüm siyasi, mədəni kütləvi tədbirlər keçirilən ərəfədə Bakını hədəfə seçən erməni lobbisi və onların Qərbdəki havadarları indi də sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsinə kölgə salmaq, ona mane olmaq məqsədilə hərəkətə keçiblər. Yenə də prosesin hərəkətverici qüvvəsi erməni lobbisinin maraqlarına xidmət edən keçmiş amerikalı diplomatlardır. Belə ki, hər zaman Azərbaycan əleyhinə mənfi çıxışılarıyla fərqlənən keçmiş diplomatlar Devid Kramer və Riçard Kozlariç Azərbaycanda keçiriləcək referendum barədə mənfi rəy formalaşdırmağa çalışıblar. Onlar demokratlara yaxın qəzetlərdən birində yenə öz amplualarına uyğun cızmaqara dərc ediblər. Keçmiş diplomatlar iddia ediblər ki, sentyabrın 26-da keçiriləcək refendumun nəticəsi əvvəlcədən bəllidir.














