Müsavatın və Milli Şuranın mitinqinə razılıq verilib - YENİLƏNİB

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb. Milli Şuranın üzvü Eldəniz QuliyevAPA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

***

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının sentyabrın 18-də Bakı şəhəri, Yasamal rayonu, keçmiş "Məhsul" stadionunda keçirmək istədiyi mitinqə razılıq verib.

Bu barədə APA-ya açıqlamasındaMüsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Mitinq saat 17:00-dan 19-00-dək keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31