Gündəm

"Dağ yəhudiləri" icması sədrinin evindən oğurluq edənlərə hökm oxunub

15 Sentyabr 2016 12:42

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Politoloq: “Ermənistanda iqtisadi səfalət daha da şiddətlənəcək”

15 Sentyabr 2016 12:39

“Aprel döyüşlərindən sonra Ermənistanın daxilində hökm sürən siyasi xaos göz qabağındadır. Tələblərin əsasını siyasi islahatlar çağırışları təşkil etsə də,  vəziyyətin məhz bu aylarda alovlanmasının bir əsas səbəbi var. Bu da Azərbaycan ordusunun aprelin əvvəllərində erməni ictimaiyyətini qorxuya salmasıdır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Tramp: “Hillarinin bir saat dayanmağa gücü çatmadı”

15 Sentyabr 2016 12:37

ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klintonun xəstəliyi ilə bağlı ilk dəfə çıxış edib. SİA xəbər verir ki, bu barədə “BuzzFeed” informasiya portalı yazır. “Siz elə bilirsiniz ki, Hillarinin burada bir saat dayanaraq çıxış etməyə gücü çatacaqdı? Mən bilmirəm, mən belə düşünmürəm”, - deyə milyarder namizəd Ohayoda öz tərəfdarları qarşısındakı çıxışında deyib.

Referendumda müşahidə aparılmasına dair ərizələrin qəbulu müddəti başa çatır

15 Sentyabr 2016 12:35

Sabah Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

Rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

15 Sentyabr 2016 12:33

Sentyabrın 16-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Rusiya ordusunun baş qərargah rəisi bu gün Türkiyəyə səfər edəcək

15 Sentyabr 2016 12:30

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər edəcək.

Rusiya XİN Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Moskvada keçirilən məsləhətləşmələri şərh edib

15 Sentyabr 2016 12:29

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib.

Metsamor AES bütövlükdə region üçün təhlükədir

15 Sentyabr 2016 12:26

Nüfuzlu “The Korea Times” qəzetində “Ermənistanda nüvə təsisatı” adlı məqalə dərc olunub. Müəllif Çoe Çonq-de Ermənistanın sabiq Baş naziri Qrant Baqratyanın Ermənistanda nüvə silahının olmasına dair bəyanatının təəssüfverici olduğunu bildirərək qeyd edir ki, qonşu Azərbaycan ilə münaqişə vəziyyətini nəzərə alsaq, bu bəyanat narahatlıq doğurur. Cənubi koreyalı jurnalist bəyanatın doğru olacağı təqdirdə müharibənin təkrar başlaya biləcəyini, bu bəyanatın ciddi qəbul edilməli olduğunu vurğulayıb.

Tamerlan Vahabov: “Ermənistanın mövqeyini anlamaq çətindir” 

15 Sentyabr 2016 12:25

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etməməsi faktı onu göstərir ki, hal-hazırdakı məsələ ətrafında danışıqlar davam edir”. Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

İtaliyada yük maşınının etirazçıların üzərinə getməsi nəticəsində bir nəfər ölüb

15 Sentyabr 2016 12:15

İtaliyanın Pyaçentsa şəhərində yük maşınının etirazçıların üzərinə getməsi nəticəsində bir nəfər ölüb.

Elşən Musayev: “Müsavatla AXCP qırışıb bir-birlərini didsinlər”

15 Sentyabr 2016 12:05

“Müsavatçıların fikrinə görə, Əli Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da “alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir. Bu bir növ Əli Kərimlinin xislətindən, özünə müştəbehliyindən, razılığından irəli gələn bir şeydir”.  Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.

Moldova-Azərbaycan dostluğuna aid abidə qoyulub

15 Sentyabr 2016 12:00

Moldovanın Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostuluğunu təcəssüm etdirən "Dostluq qapısı” abidəsinin təntənəli açılış mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində, beynəlxalq dərəcəli yolayrıcında ucaldılıb.

Elmlər Akademiyası”nın birinci girişi təmirdən sonra istifadəyə verildi

15 Sentyabr 2016 11:58

“Elmlər Akademiyası” stansiyasının birinci girişi təmirdən sonra istfadəyə verilib. Metropolitenin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, uzun illər stansiyanın bir giriş-çıxışının olması, burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu.

Ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı artıb

15 Sentyabr 2016 11:56

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan fiziki şəxslərin sayı artıb. Bu barədə Vergilər Nazirliyindən daxil olan məlumata görə, son siyahıda bu qəbuldən olan 337 nəfərin adı yer alıb. Onlardan 2 nəfəri xarici ölkə vətəndaşıdır.

Bu il AzTU-ya 1803 tələbə qəbul olunub

15 Sentyabr 2016 11:55

Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci dərs ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirilib.