Elmlər Akademiyası”nın birinci girişi təmirdən sonra istifadəyə verildi
“Elmlər Akademiyası” stansiyasının birinci girişi təmirdən sonra istfadəyə verilib. Metropolitenin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, uzun illər stansiyanın bir giriş-çıxışının olması, burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu.
15 Sentyabr 2016 11:58 Sosial"Elmlər Akademiyası" stansiyasının birinci girişi təmirdən sonra istfadəyə verilib. Metropolitenin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, uzun illər stansiyanın bir giriş-çıxışının olması, burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 18 mart tarixli Sərəncamla təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, 2015-ci il dekabrın 28-də stansiyanın ikinci giriş-çıxışı istifadəyə verildi. Qeyd edək ki, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi,eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb. 2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya" tipli yeni, müasir, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib. Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb. Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır. Vestibüldə aptek köşkü və "Lalələr" gül pavilyonu fəaliyyət göstərəcək.