Gündəm

Təhsil naziri Zərdabda vətəndaşları qəbul edəcək

15 Sentyabr 2016 11:49

Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək grüşdə Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri iştirak edəcək.

Atəşkəs rejimi 14 dəfə pozulub

15 Sentyabr 2016 11:48

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Azərbaycan gəncləri Mərakeşə səfər edib

15 Sentyabr 2016 11:45

Azərbaycan və Mərakeşin Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən “İRƏLİ” İctimai Birliyinin bir qrup gənci Mərakeşə səfər edib.

Etnik qruplar arasında vətənpərvərlik təbliğ edilir

15 Sentyabr 2016 11:43

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.

Siyavuş Novruzov YAP-ın taktikasını niyə AÇIQLAMIR?

15 Sentyabr 2016 11:38

“Biz vətəndaşları referenduma dəvət edirik. Gəlib iştirak etsinlər. Bilik Fondu ilə birlikdə kitabça buraxmışıq. Yeni Azərbaycan Partiyasının Referendumla bağlı taktikası var”.

Alimlərdən bəşəriyyətin sonu haqda qorxunc PROQNOZ

15 Sentyabr 2016 11:37

Kanada alimləri bəşəriyyətin sonu haqda proqnoz veriblər. Xarici KİV xəbər verir ki, alimlərin hazırladığı hesabatda bəşəriyyətin məhv olma şansının 2290-cı il üçün 50%, 2710-cu il üçün isə 95% gerçəkləşmə ehtimalı var.

Rio-2016: Üzgüçümüz gümüş medal qazandı

15 Sentyabr 2016 11:34

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə arxası üstə üsulu ilə üzmə yarışlarında iştirak edən azərbaycanlı üzgüçü Roman Saley gümüş medal qazanıb.

Nazir: "Turizm sənayesində 50 mindən artıq insan çalışır"

15 Sentyabr 2016 11:32

Azərbaycan Turizm və Menecment Universitetində “Bilik günü” qeyd olunub. APA-nın məlumatına görə, universitetin rektoru Eldar Aslanov çıxış edərək bildirib ki, rəhbərlik etdiyi ali məktəbin bakalavr pilləsini bitirən 1600 məzundan 106 magistr dərəcəsi, 151 nəfəri isə ilk dəfə olaraq bakalavr və magistr pilləsində Azərbaycan Turizm və Menecment Universitetinin və Avstriyanın İMC Krems TEU-nun diplomunu alıb: “Bu tədris ilində tələbələrimizdən 13 nəfəri Türkiyədə, 1 nəfər Kiprdə, 30 nəfər İsraildə, 2 nəfər İspaniyada, 1 nəfər Rusiyada, 200 nəfərdən çox tələbəmiz isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub”.

Ermənistanda hərbi hissənin anbarından xeyli miqdarda güllə oğurlanıb

15 Sentyabr 2016 11:31

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin anbarında oğurluq faktı aşkarlanıb.

Qərbdən idarə olunan 11 sentyabr mitinqinin FETÖ və radikal islamçı rəngi -  TƏHLİL

15 Sentyabr 2016 11:28

Suriya və Türkiyədə məğlubiyyətlə üzləşən Qərb revanşa hazırlaşır. Revanş üçün seçilən bölgələr fərqli olsa da, taktika eynidir - stabilliyi pozmaq, davamlı gərginlik ocaqları yaratmaq.

Şəhid ailəsi anlayışı dəyişdirilir

15 Sentyabr 2016 11:23

Azərbaycanda şəhid ailəsi anlayışına dəyişiklik edilir. Bu barədə Milli Məclisdən məlumat verilib. Məlumata görə, bununla bağlı məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Mikayıl Cabbarov: Ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanılacaq

15 Sentyabr 2016 11:20

Bu gün Azərbaycanda yeni təhsil ili başlayır. Hər növbəti təhsil ili həm də ötən təhsil ilinin yekunlarının qiymətləndirilməsi ilə də əlamətdar olur. Ölkə təhsilinin yeni mərhələyə hansı uğurlar, problemlər və perspektivlərlə qədəm qoyması, ümumiyyətlə, təhsiliin mövcud durumu ilə bağlı təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibə verib.

Region avtomobillərinin Bakıya girişi ilə bağlı məhdudiyyət gücləndirilib

15 Sentyabr 2016 11:13

Yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən, respublikanın digər regionlarının qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi ilə bağlı məhdudiyyət davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib.

Robot böyrəyin köçürülməsi üzrə iki əməliyyat edib

14 Sentyabr 2016 20:06

Sentyabrın əvvəlində iki Britaniya sakini böyrəyin köçürülməsi üzrə əməliyyat olunub. İlk baxışdan burada qeyri-adi heç nə olmasa da, bu, belə deyil. Çünki köçürmələri həkim deyil, robot cərrah edib.

Alimlər balıq pulcuğu ilə işləyən generator yaradıblar

14 Sentyabr 2016 19:55

Hindistanın Kəlküttə Universitetində fiziklərdən ibarət qrupun ixtirası inqilabi ola bilər, çünki yenilik yalnız xüsusi tip batareyadan istifadə etmir, həmçinin titrəyiş, səsli dalğalar və külək axınları vasitəsilə enerji toplaya, sonra isə onları elektrik enerjisinə çevirə bilir.