Azərbaycan gəncləri Mərakeşə səfər edib
Azərbaycan və Mərakeşin Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən “İRƏLİ” İctimai Birliyinin bir qrup gənci Mərakeşə səfər edib.
15 Sentyabr 2016 11:45 SosialAzərbaycan və Mərakeşin Gənclər və İdman Nazirliyi arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən "İRƏLİ" İctimai Birliyinin bir qrup gənci Mərakeşə səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, mübadilə proqramı çərçivəsində gənclər 5 şəhərə Kasablanka, Rabat, Mərakeş, Essaouira, Ağadirə səfər həyata keçiriblər. Həmçinin gənclərin Mərakəş Gənclər və İdman Nazirliyi, Azərbaycanın Mərakeşdəki səfirliyində görüşləri keçirilib. Mərakeşli gənclərlə keçirilən görüşlərdə Azərbaycanın şanlı tarixi, tarixi mədəniyyəti və abidələri, milli dəyərləri, işğal altında olan doğma Qarabağ haqqında məlumat verilib.