Təhsil naziri Zərdabda vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək grüşdə Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri iştirak edəcək.
15 Sentyabr 2016 11:49 SosialTəhsil naziri Mikayıl Cabbarov sentyabrın 23-də Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək grüşdə Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinləri iştirak edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 19, 20, 21 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.