Etnik qruplar arasında vətənpərvərlik təbliğ edilir
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində tədbir keçirilib.
15 Sentyabr 2016 11:43 SosialAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Siyəzən rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində təşkil olunan tədbirdə İctimai Birliyin, Siyəzən Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşları ilə yanaşı, ictimai fəallar iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov əvvəlcə qonaqlar haqqında məlumat verib və bildirib ki, belə tədbirlər gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sonra ADİİM sədri Cavid Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, bu sahədə onların maarifləndirməsinə kömək etməkdir.