Radikal müxalifətin bütün cəhdləri əhəmiyyətsizdir

Ölkə mühüm siyasi prosesə, konstitusiyaya əlavə və dəyişikliklərə hazırlaşdığı bir ərəfədə radikal müxalifət yenə də öz ənənəsinə sadiq qalaraq ictimai rəyi çaşdırmağa, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə cüzi də olsa mane olmağa cəhd göstərir. Hər halda radikal müxalifətin Milli Şura adlanan qanadının sentyabrın 11-də təşkil etdiyi mitinq belə deməyə əsas verir.

Azər Badamov: "Milli Şuranın mitinqi xarici havadarların sifarişlərinin həyata keçirilməsinə hesablanmışdı"

"Yəni, aldıqları vəsaitlərin xərcləndiyini göstərmək üçün təşkil olunmuşdu"

Ölkə mühüm siyasi prosesə, konstitusiyaya əlavə və dəyişikliklərə hazırlaşdığı bir ərəfədə radikal müxalifət yenə də öz ənənəsinə sadiq qalaraq ictimai rəyi çaşdırmağa, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinə cüzi də olsa mane olmağa cəhd göstərir. Hər halda radikal müxalifətin Milli Şura adlanan qanadının sentyabrın 11-də təşkil etdiyi mitinq belə deməyə əsas verir. Ancaq görünən odur ki, radikallar bu dəfə də öz istəklərinə nail ola bilməyəcəklər. Sentyabrın 11-də keçirilən mitinqə Azərbaycan cəmiyyətinin dəstək vermədiyi, aksiyanın sönük keçdiyi bu qənaəti formalaşdırır. Elə əksəriyyət də bu qənaətdədir. Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, xalqın Milli Şuranın 11 sentyabr mitinqinə dəstək verməməsi Azərbaycan cəmiyyətinin konstitusiyaya əlavə və dəyişiklikləri təqdir etdiyini söyləməyə əsas verir. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə referendum ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət barədə də danışıb. Azər Badamov bildirib ki, referendumöncəsi ölkədə ictimai-siyasi vəziyyət normaldır.

-Azər müəllim, ötən həftə Milli Şura adlanan qurum referendum əleyhinə mitinq keçirdi. Xalqın Milli Şuranın mitinqinə bu dəfə də dəstək verməməsi cəımiyyətin konstitusiya dəyişikliklərini müdafiəı etməsinin göstəricisi deyildimi?

-Atıq xalq başa düşüb ki, kim hara və nəyə xidmət edir. Milli Şuranın mitinqi xarici havadarların sifarişlərinin həyata keçirilməsinə hesablanmışdı. Yəni, aldıqları vəsaitlərinin xərcləndiyini göstərmək üçün təşkil olunmuşdu. Özlərini radikal müxalifət adlandıranlar da başa düşüblər ki, onların xalq arasında heç bir dayağı, dəstəyi yoxdur. Xalqın gözü tərəzidir və yaxşını pisdən ayird edə bilir. 23 il hakimiyyətdə olduğu dövrdə Azərbaycan hakimiyyəti xalqa layiqincə xidmət etmişdir və xalq da ölkədə keçirilən hər bir siyasi kampaniyada ölkə başçısının siyasi xəttini müdafiə edir. Məhz bunun göstəricisidir ki , müstəqilliyimiz qorunaraq güclü , iqtisadiyyatı inkişaf edən yeni Azərbaycan qura bilmişik. Milli Şura mitinq təşkil etməklə sadəcə özlərinin varlığını nümayiş etdirir ki, biz də varıq. Düşünürəm ki, radikal müxalifətin bütün cəhdləri əhəmiyyətsizdir. Çünki, xalqın içindən dəstək olmayanda bütün cəhtlər vaxtın boş-boşuna keçirilməsidir.

Əslində baxanda boş-boşuna deyil, sadəcə xarici havadarlardan aldıqları sifarişlərin yerinə yetirilməsidir.

-Aksiyada diqqət çəkən məqamlardan biri də daha çox dini şüarların əks olunması idi. Belə demək mümkündürmü ki, Milli Şura radikal dini kəsimdən daha çox faydalanmağı, onların sosial bazasından istifadə etməyi qarşıya məqsəd qoyub?

-Radikal müxalifət yaxşı bilir ki, ölkədə dövlətin fəaliyyətindən xalqın narazılığını yaratmaq mümkün deyil. Ona görə insanların zəif nöqtələrinə toxunmaq və bundan istifadə etmək istəyirlər. Milli Şuranın mitinqində radikal dini şüarların səsləndirilməsi də dindən istifadə etməklə ölkədəki sabitliyi pozmaq istəyiidir. Dini radikalizmdən savadsız cəmiyyətlərdə istifadə olunur və dünyada baş verən proseslər fonunda biz bunu görürük . Azərbaycanda isə sivil cəmiyyət mövcuddur və dini radikalizmdən uzaqdır. Köhnə zamanlarda olduğu kimi dini mövhumatçılıq və radikal dini cərəyanların cəmiyyətə təsiri sıfıra bərabərdir. Cəmiyyət savadlı olanda ayrı -ayrı ünsürlərin radikal addımları heç vaxt dəstəklənmir. Milli Şura konstitusiyaya təkilf olunan əlavə və dəyişikliklərin xalq tərəfindən dəstəkləndiyini bilir və onunla bağlı xalq arasında bir narazılıq yaratmaq mümkün olmadığına görə dini şüarlar vasitəsilə insanları ələ almaq istəyir. Kimdəsə xalqa qarşı bir fikiri ortaya atmaq istəyi varsa, o, heç vaxt xalq tərəfindən dəstəklənməyəcək.

-Aksiya zamanı həmçinin Avropa Birliyinin bayraqları da dalğalanırdı. Bu məqam öz-özlüyündə onu deməyə əsas verirmir ki, Milli Şura aksiya keçirmək tapşırığını Avropadakı Azərbaycana qarşı düşmən mövqedə dayanan qüvvələrdən alıb?

-Təbii ki, bu belədir. Aksiyaya qədər də biz eşidirdik ki, radikal müxalifətin liderləri adlandırılan şəxslər Azərbaycanı istəməyən qüvvələrlə gizli görüşlər keçirib, müəyyən sifarişlər alıb. İndi isə aksiyada özlərinin yararlandığı həmin ölkələrin bayraqlarını dalğalandırmaqda qeyri adilik görmürəm. Sifarişçi kimdirsə onun bayrağı da dalğalanır. Çox təəsüf ki, bəzi dairələr ərazicə balaca olmağına baxmayaraq qüdrəti və nüfuzu günü gündən artan müsəlman ölkəsi olan Azərbaycana qısqanclıqla baxırlar. Bu belədir. Çünki, onlar öyrəniblər ki, müsəlman ölkələrdə əsasən özbaşınalıqlar olsun və özləri bundan yararlansınlar. Düşünürəm ki, belə qüvvələrin ölkəmizə baxışları dəyişilməlidir. Ona görə ki, dünya inkişaf edir və Azərbaycanın da bu inkişafda kifayət qədər payı var.

-Yeri gəlmişkən bu ərəfədə ölkədəki ictimai-siyasi vəziyyəti və referendum hazırlıqlarını necə dəyərləndirirsiniz?

-Referendum qabağı ölkədəki ictimai-siyasi vəziyyət çox müsbətdir. Referenduma hazırlıqlar konstitusiyaya uyğun şəkildə çox yüksək səviyyədə təşkil olunmuşdur. Təbliğat-təşviqat qrupları Konstitusiyaya uyğun şəkildə təbliğat kompaniyasını həyata keçirirlər. Təşkil olunmuş görüşlərdə seçici fəalliğı hiss olunur. İnsanların səsləndirdiyi fikirlərdən və görüşlərdə iştirakın aktivliyindən görmək olur ki, seçkilər yüksək səviyyədə keçəcək. Xalq da cənab Prezdent tərəfindən təklif olunmuş konstitusiyaya əlavə və dəyişikliklərə hamılıqla hə deyəcəkdir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31