Gündəm

Büdcədə 1 milyard manatdan çox kəsir yaranıb

16 Sentyabr 2016 13:38

2016-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 8 milyard 281,5 milyon manat vəsait daxil olmuş, büdcədən 9 milyard 348,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında 1 milyard 67 milyon manatlıq kəsir yaranmışdır. Maliyyə Nazirliyinin məlumatlarına əsasən xəbər verir ki, kəsir ümumi daxili məhsulun 2,8 faizi səviyyəsində olmuşdur.

Tikintidə istehsal azalıb

16 Sentyabr 2016 13:37

2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38027,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub. Əlavə dəyərin 38,0 faizi sənayedə, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3953,0 manata bərabər olub.

Muzdla çalışanlar nə qədər maaş alır?

16 Sentyabr 2016 13:36

Ölkə əhalisinin orta əmək haqqının məbləği açıqlanıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2016-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manat təşkil edib. Əmək haqqı neft sektorunda 2712,1 manat, qeyri-neft sektorunda 436,5 manat olub.

Azərbaycanda kredit borclarının məbləği açıqlandı

16 Sentyabr 2016 13:35

Dövlət Statistika Komitəsi əhalinin banklardakı əmanətlərinin və kredit borclarının məbləğini açıqlayıb. Komitədən “Olaylar”a verilən məlumata görə, 2016-cı ilin avqust ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib. Onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Prezidentin köməkçisindən SOCAR-ın istiqrazları haqda açıqlama

16 Sentyabr 2016 13:33

Azərbaycan hökuməti SOCAR-ın istiqrazları üzrə dividentlərin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir. “Olaylar”ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov istiqrazların təqdimatında deyib. Onun sözlərinə görə, hazırda istiqrazlarla əməliyyatlar üzrə əhalinin gəlirləri vergidən 3 il müddətinə azad edilib: "Lakin hökumət əhalinin bu kateqoriyalı gəlirlərinin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir".

Azərbaycanda hərbi zavodda partlayışa görə dörd vəzifəli şəxs işdən çıxarılıb

16 Sentyabr 2016 13:29

Bu ilin iyulunda Şirvan şəhərində hərbi zavodda baş verən partlayışla bağlı həmin zavodun vəzifəli şəxsləri işdən çıxarılıb.

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda tədbir keçiilib

16 Sentyabr 2016 13:28

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Şirvanda növbəti tədbirini keçirmişdir. Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev və 700 seçici iştirak etmişlər.

Həmsədrlər münaqişəni həll etməyə, yoxsa ona mane olmağa çalışırlar?

16 Sentyabr 2016 13:18

Son həftələrdə Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərilərinə götürən tərəflərin bu istiqamətdə ciddi addımlar atmasından daha çox söz iyununa üstülnük verdikləri müşahidə edilir. Xüsusilə, həmsədrlərin zaman-zaman çaşdırıcı, problemin həllindən daha çox ona mane olmağa xidmət edən açıqlamalar səsləndirməsinin fonunda bunu görürük. Elə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu günlərdə “İnterfax”a verdiyi müsahibəni bu qəbildən hesab etmək olar.

“Mənim azadlığım orda bitir ki, orda sənin azadlığın başlayır”

16 Sentyabr 2016 13:19

Etiraf edilməlidir ki, Azərbaycanın sosial və iqtisadi inkişafı islahatların davamlılığını bir tələb kimi ortaya qoyur. 26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər də məhz bu zərurətdən irəli gələn məsələlər sırasındadır. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması da vacib elementlərdən hesab olunur.

Konstitusiya dəyişiklikləri təklifi idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır

16 Sentyabr 2016 13:16

Sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsinə hazırlıq prosesi davam edir. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində yaradılan müxtəlif təşəbbüs qrupları tərəfindən yerlərdə keçirilən görüşlərdə vətəndaşlara konstitusiyaya ediləcək əlavə və dəyişikliklər barədə məlumatlar verilir, bu dəyişikliklərin zəruriliyi cəmiyyətin diqqətinə çatdırılır. Sevindirici hal ondan ibarətdir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti ölkənin ana qanununa edilməsi nəzərdə tutulan dəyişiklikləri təqdir edir. Ekspertlər hesab edir ki, konstitusiya dəyişiklikləri xalqın maraqlarına xidmət etdiyindən cəmiyyət onu dəstəkləyir. Onların sözlərinə görə, yerlərdə seçicilərlə keçirilən görüşlər belə qənaət formalaşdırır.

“219-cu auditoriya”

16 Sentyabr 2016 13:15

... Onda 20 yaşım var idi. Rus məktəbini bitirmiş gənc olaraq, Azərbaycan ədəbiyyatı ilə yenicə təmas yaradırdım. İlk tərcümə təcrübələrim mütəxəssislərin nəzərini cəlb etməkdə idi... Fikrət Mursaqulovun, Məmməd Nazimoğlunun, Vladimir Qafarovun və Rəhman Orxanın dəyərli fikirləri düz yolda olduğumu təsdiqləməkdə idi...

Azərbaycanda hüquqi islahatlar zərurəti yaranıb

16 Sentyabr 2016 13:13

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan Konstitusiya dəyişiklikləri həm də ölkənin hüquq sistemində islahatlar deməkdir. Etiraf edilməlidir ki, Konstitusiya dəyişiklikləri hüquqi islahatların davamı olaraq xüsusi əhəmiyyət kəsb edir.

Elçin Hüseynbəyli yazır...Ceyran qatili

16 Sentyabr 2016 13:12

Fikriniz ora-bura getməsin. Söhbət əsl ceyrandan gedir... -Mənim babam yaxşı ovçu olub, maraqlı xatirələri var. Gedək kəndə. Səhərin ab-havasından, darıxdırıcılığından gileylənəndə belə dedi.

Səfir: "İran daim Qarabağ münaqişəsinin həllində vasitəçiliyini təklif edib və indi də edir"

16 Sentyabr 2016 13:09

Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan İran səfiri Möhsün Pakayinin APA-ya müsahibəsini  - Azərbaycanda olduğunuz müddətdə ölkə barədə təəssüratlarınız necə oldu? Səfir olduğunuz dövrdə iki ölkə arasında münasibətlərin inkişafına hansı töhfələri verdiniz?   - Azərbaycan barədə xoş təəssüratlarla missiyamı başa vururam. Əslində mən burada qəriblik hissi keçirmədim. Adət-ənənələrimiz, mədəniyyətimiz bir-birinə çox yaxın və demək olar ki, eynidir. Azərbaycanda olduğum müddətdə regionları da gəzməyə çalışdım, görməli-gəzməli yerlərə, ziyarətgahlara və turizm məntəqələrinə baş çəkdim. Gəncə, Göygöl, Qəbələ, Şəki, Qax, Şamaxı, Naxçıvan, Quba və Qusar rayonlarına səfərim oldu, bir çox ziyarətgahları ziyarət etdim.

Suriyada İsrail təyyarəsi vuruldu

16 Sentyabr 2016 13:06

Suriyada İsrailə aid hərbi təyyarə və pilotsuz aparat vurulub. Qafqazinfo xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb. Lakin İsrail ordusunun rəsmisi xəbəri təkzib edib.