Gündəm

Möhsün Pakayin: “Heç bir ölkə və ya region yarışlarda iştirak etməyib”

16 Sentyabr 2016 14:17

“İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə xəbərlərin yayılmasının ardından İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlama verib”.

Azərbaycan referenduma "Hə" deyir

16 Sentyabr 2016 14:16

26 sentyabr 2016-ci il ümumxalq səsverməsi (referendum) ilə bağlı ABŞ-ın "AJF&Associates, Inc." təşkilatının, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə  təşkil ediləcək  "Exit-poll" sorğusu öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlandı.

"Bu qurumun Milli Şura adlandırılması keçmişimizə, tariximizə ləkədir"

16 Sentyabr 2016 14:13

"Bu gün məkrli niyyətə bürünən birilərinin dindarların dini duyğularını istismar edərək onların adından çıxış etməsi dinimizin prinsiplərinə zidd olduğu qədər, həm də bizim milli kimliyimizə bir ləkədir".

Polkovnikin pulları: ton yarım...

16 Sentyabr 2016 14:10

Rusiya hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini, polkovnik Dmitri Zaxarçenkonun bacısının evində gizlətdiyi ton yarım ağırlığında dollar və avronun mənşəyi üzərində baş sındırır.

Prezidentin köməkçisi: "SOCAR-ın səhmləri satışa çıxarıla bilər"

16 Sentyabr 2016 14:08

SOCAR-ın səhmləri satışa çıxarıla bilər. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. "Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var.

Rüfət Səfərovun həbsindən apelyasiya şikayəti verilib

16 Sentyabr 2016 14:04

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verib.

Putinin təyyarəsi qalxa bilmir, MDB sammiti gecikir

16 Sentyabr 2016 14:01

Rusiya paytaxtında hava şəraitinin uçuşa əlverişsiz olması səbəbindən prezident Vladimir Putinin təyyarəsi havaya qalxa bilməyib.

Sentyabrın 19-na keçən gecə bankomatlar müvəqqəti işləməyəcək

16 Sentyabr 2016 14:00

Sentyabr ayının 19-da “AzeriCard" Prosessinq Mərkəzində daxili yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq, gecə saat 03:30-dan saat 04:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 13-cü iclası keçiriləcək

16 Sentyabr 2016 13:57

Sentyabrın 21-22-də Qazaxıstanın paytaxtı Astanada Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçiriləcək. “OLAYLAR”-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Azad Rəhimov vətəndaşları qəbul edib

16 Sentyabr 2016 13:49

Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 25-ə yaxın vətəndaşın iştirak etdiyi qəbul saat İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutub. Müraciətlər gənclər, idman sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və sahələrini əhatə edib. Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının (QHT) yaradılması, gənclər sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və fəaliyyət göstərən mərkəzlərin müvafiq avadanlıqlarla təmin edilməsi və s ilə bağlı olub.

“Mersedes” 3 piyadanı vurdu

16 Sentyabr 2016 13:48

Paytaxtın Nizami rayonunda ağır yol qəzası baş verib. Rayonun NZS qəsəbəsi Oktay Vəliyev küçəsində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 3 nəfəri vurub. Hadisədən sonra qəzanı törədən sürücü ərazidən uzaqlaşıb.Yaralılar əkiz qardaşlar Fuad və Fərid İsmayılzadə və 24 yaşlı Anar Bağırov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralılardan ikisi tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb, zərərçəkənlərin ifadələri alınıb.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

Veysəloğlu şirkətindən daha bir nəcib addım

16 Sentyabr 2016 13:46

“Veysəloğlu” şirkəti Macarıstanda təhsil alan şəhid övladının təhsil haqqını qarşılamağı öz üzərinə götürüb. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, şirkət bu barədə məlumat əldə edən kimi məsələyə dərhal reaksiya verərək şəhid övladının maddi problemini yoluna qoyub: “Macarıstanda 4-cü kursda təhsil alan şəhid balamızın təhsilinin son ilində təhsil haqqı problemi ilə üzləşdiyi üçün yaxşı qiymətlərlə oxuduğu universiteti bitirməsində ciddi problem yaranması narahatçılıq yaradırdı.

Rusiya separatçıları Moskvaya dəvət edir

16 Sentyabr 2016 13:45

Sentyabr ayının sonlarında Rusiya paytaxtında dünyanın bütün separatçı rejimlərinin toplantısı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, toplantıda qondarma DQR-də təmsil olunacaq. Məsələyə münasibıət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya bolşevikləri əvvəl “bütün dünyanın proletarları birləşin” hayqırırdı, estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “bütün dünyanın separatçıları birləşin” deyir:

İqtisadi artım 3.1 faiz aşağı düşüb

16 Sentyabr 2016 13:39

 2016-cı ilin yanvar-avqust aylarında ölkədəümumi daxili məhsul (ÜDM) istehsalı 3.1 faiz azalıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 8 ayında müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38 milyard manatlıq məhsul istehsal edilib. Komitənin məlumatına görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub.

Radikal müxalifətin əsassız iddiaları

16 Sentyabr 2016 13:38

Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma hazırlıq prosesi davam edir. Reeferendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə keçirilən görüşlər və əldə edilən nəticə onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları ümumxalq səsverməsi zamanı Konstitusiya islahatlarının lehinə səs verəcəklər.