Veysəloğlu şirkətindən daha bir nəcib addım

“Veysəloğlu” şirkəti Macarıstanda təhsil alan şəhid övladının təhsil haqqını qarşılamağı öz üzərinə götürüb. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, şirkət bu barədə məlumat əldə edən kimi məsələyə dərhal reaksiya verərək şəhid övladının maddi problemini yoluna qoyub: “Macarıstanda 4-cü kursda təhsil alan şəhid balamızın təhsilinin son ilində təhsil haqqı problemi ilə üzləşdiyi üçün yaxşı qiymətlərlə oxuduğu universiteti bitirməsində ciddi problem yaranması narahatçılıq yaradırdı.

"Veysəloğlu" şirkəti Macarıstanda təhsil alan şəhid övladının təhsil haqqını qarşılamağı öz üzərinə götürüb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, şirkət bu barədə məlumat əldə edən kimi məsələyə dərhal reaksiya verərək şəhid övladının maddi problemini yoluna qoyub: "Macarıstanda 4-cü kursda təhsil alan şəhid balamızın təhsilinin son ilində təhsil haqqı problemi ilə üzləşdiyi üçün yaxşı qiymətlərlə oxuduğu universiteti bitirməsində ciddi problem yaranması narahatçılıq yaradırdı. Anasının isə ona kömək etmək imkanlarına malik olmadığını deyəndə çox üzülmüşdük. Ona necə dəstək olmaq barədə düşünürdük. Sağ olsun İlham Məmmədzadə və onun təmsilçisi olduğu Veysəloğlu şirkətinin rəhbərliyi. Onlara bu barədə məlumat verdiyimiz zaman dərhal gənc balamıza təhsil haqqı problemində dəstək oldular. İstedadlı bir şəhid balamız təhsilini davam etdirə biləcək. Ölkəmizdəki bütün şirkətlərin xüsusilə kasıb, amma istedadlı gənclərin təhsilinə dəstəklərinin artması çox gözəl addımlar olardı. Çünki bundan qazanan bütün cəmiyyət olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31