Gündəm
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) bu gün, sentyabrın 16-da keçirtdiyi növbəti iclasında uçot dərəcəsini daha 0,5 faiz bəndi azadaraq illik 10%-ə endirib.
KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir
"Ermənistanda bütün dövlət sistemi iflic vəziyyətdədir". "Newsarmenia" xəbər verir ki, dövlət məmurları "vaxt öldürmək"lə məşğuldur.
İslandiyalı qızla evlənənə ayda 5000 dollar pul
İslandiya dövləti onların qadını ilə evlənən immiqrant kişilərə ayda 5000$ pul verməyə başlayıb.
Azərbaycana qarşı təzyiqlər yenə də nəticəsiz qalacaq
Son vaxtlarda Azərbaycana qarşı təzyiqlər yenidən artıb. ABŞ, Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə, qarşıdurma yaratmağa, ölkənin imicini ləkələməyə çalışır, radikal müxalifət isə xainlik edərək antiazərbaycan dairələrinin sifarişlərini yerinə yetirir.
Nazirdən məktəbli formasına görə yaranan fikir ayrılıqları ilə bağlı açıqlama
"Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq" Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.
Millət vəkili: “Ermənistanın sonu fəalkətdir”
“Ümumiyyətlə Ermənistan nə siyasi, nə də iqtisadi cəhətdən formalaşmayan bir dövlətdir. Hətta Ermənistana dövlət demək də düzgün deyil. Çünki nə siyasi, nə də iqtisadi cəhətdən rəsmi İrəvan müstəqil siyasət yeritmək gücündə deyil. Bu mənada hesab edirəm ki, Ermənistanı danışdıran qüvvələr var”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.
Azərbaycan Türkiyədə keçirilən şənliklərində təmsil olunub
Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 18-cı festival üç gün davam edib.
60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb
Paytaxtın nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi, eləcə də marşrut xətləri üzrə istismarda olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir. Bununla bağlı müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulub. Lakin təəssüflər olsun ki, hazırda Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirtkətlərin əksəriyyəti bu tələbləri tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standratlara cavab verən maddi texniki bazaya malik olmamasıdır. Məhz lazimi maddi texniki bazanın olmaması icitmai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir.
Radikal müxalifətin mitinqi dünyada böhran yaradan xarici qüvvələrin dağıdıcı məqsədlərinə xidmət edən cəhddir
Sentyabrın 11-də icazəli mitinqin keçirilməsi, dövlətimizin demokratik bir cəmiyyət olduğunu göstərsə də, xarici qüvvələr sadəcə ölkəmizin demokratiyasından öz şəxsi çıxarlarında istifadə edirlər”.
“Üstünə baxırsan beş ulduzlu oteldir, amma içərisi mal tövləsi”
“Bizdə artıq beş ulduzlu və dörd ulduzlu otellərin tikilməsinə son qoyulmalıdır. Onlara heç bir ehtiyac yoxdur. Bizdə iki və üç ulduzlu otellərə ehtiyacvar, onlar lazımdır”.
“Turizm haqqında” qanun qəbul olunur
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sentyabrın 16-da keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar”ın xəbərinə görə, iclasda komitə sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi Prezident İlham Əliyevin turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir. 8 fəsil 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və sair məsələlər əksini tapıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanda saxta vizalar hazırlayan Pakistan vətəndaşları tutulub
Ötən ay Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 12 nəfər Pakistan İslam Respublikası və 2 nəfər İraq Respublikası vətəndaşları saxlanılıb.
Türkiyə liderdir - Qaçqınların sayına görə
Türkiyə qəbul edilmiş qaçqınların sayına görə ölkələr arasında liderdir.
Türkiyəyə ilk qar yağdı
Türkiyənin Ərzincan və Tunceli vilayətləri arasında yerləşən dağlıq ərazilərə ilk qar yağıb.
I qrup əlillər ali təhsil haqqının ödənişindən azad edilə bilər
Azərbaycanda I qrup əlillər ali təhsil haqqının ödənişindən azad edilə bilər. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli bildirib.














