Nazirdən məktəbli formasına görə yaranan fikir ayrılıqları ilə bağlı açıqlama
"Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq" Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.
16 Sentyabr 2016 14:55 Sosial"Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq"
Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib.
Report xəbər verir ki, nazir AZTV-yə müsahibəsində valideynlərin bu məsələni müzakirə etmək haqqının olduğunu vurğulayıb: "Hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni, təbii ki, müzakirə etməlidir. Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir".
Nazir qeyd edib ki, məktəbli formasının tədbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır: "Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq".