Radikal müxalifətin mitinqi dünyada böhran yaradan xarici qüvvələrin dağıdıcı məqsədlərinə xidmət edən cəhddir

Sentyabrın 11-də icazəli mitinqin keçirilməsi, dövlətimizin demokratik bir cəmiyyət olduğunu göstərsə də, xarici qüvvələr sadəcə ölkəmizin demokratiyasından öz şəxsi çıxarlarında istifadə edirlər”.

Sentyabrın 11-də icazəli mitinqin keçirilməsi, dövlətimizin demokratik bir cəmiyyət olduğunu göstərsə də, xarici qüvvələr sadəcə ölkəmizin demokratiyasından öz şəxsi çıxarlarında istifadə edirlər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hakim Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov deyib ki, bu mitinq dünyada böhran yaradan xarici qüvvələrin dağıdıcı məqsəd və proektlərinə xidmət edən, radikal bir cəhddir: "Dünyada psixoloji savaşlar aparan xain qüvvələr, dünyanın bir çox coğrafiyalarında hər cür vasitələrdən istifadə edərək, dövlətlərin dincliyini, sabitliyini və inkişafını məhv etməklə məşğuldurlar. Sentyabr ayının 11 də keçirilən mitinqdə, iştirak edənlər arasında radikal dini cərəyən məsubları və xarici qüvvələrin havadarlığını həyata keçirən siyasi çıxarbaz şəxsləri müşahidə etdik". Cəlal İbrahimov deyib ki, lkəmizin sabitliyini, dincliyini, təhlükəsizliyini, dünyada gedən siyasi böhran oyunlarından istifadə edən daxili qüvvələr bu formada vətəndaşlarımız arasında parçalayıcı təbliğatla, dövlətçiliyimizə zərbə vurmaqla məşğuldurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31