Gündəm

Din xadimləri dindarların mitinq və yürüşlərə çağırılmasını pisləyiblər

16 Sentyabr 2016 15:45

“Dindarın yeri məsciddir, ibadət yeridir, mitinq, küçə yürüşü deyil”. Bunu APA-ya Milli Şura və Müsavat Partiyasının referendum ərəfəsində təşkil etdiyi aksiyalarda dindarlara yönəlik çıxışlara və mömin insanların meydanlara çıxması üçün siyasi çağırışlara münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov bildirib ki, İ. Həsənov dindarların mitinq və yürüşlərə çağırılması yolverilməzdir: “Biz dindarlara yönəlik bu çağırışları pisləyirik”.

Pakistanda məsciddə partlayış olub, azı 10 nəfər ölüb

16 Sentyabr 2016 15:30

Pakistanda namaz vaxtı məsciddə törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayışı terrorçu-kamikadze törədib.

“Meliorasiya və irriqasiya haqqında” qanun dəyişdirilir

16 Sentyabr 2016 15:28

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Azərbaycandakı əcnəbilərin qanunu pozması  –  RƏSMİ

16 Sentyabr 2016 15:27

2016-cı ilin avqust ayında 3478 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Radikal müxalifətdə birincilik davası

16 Sentyabr 2016 15:22

“Milli Şura” adlanan qurumun sentyabrın 11-də keçirdiyi uğursuz mitinqin biabırçılığından hələ də özlərinə gələ bilməyən cəbhəçilər və onların sədri olan Əli Kərimli sosial şəbəkələrdə aksiyanın miqyası və təsir gücünün çox olduğu barədə mülahizələr irəli sürməyə başlayıblar. Xarici dairələrdən aldığı pulun müqabilində aksiyaya cəmi bir neçə yüz adam çıxarmağı bacaran Əli Kərimli ona verilən vəsaitin hara sərf edildiyinə aydınlıq gətirmək əvəzinə sosial şəbəkələrdə gülünc statuslar paylaşmaqla müəyyən mənada hədəfə çatdıqlarını iddia edir. Əli Kərimlinin mitinqdən sonra yazmış olduğu statuslardan biri bundan ibarətdir. “Cəmi bir mitinq keçirmişik, artıq kiçik də olsa, nəticələr var. İnsanlar banklardan dollar ala bilir”. Göründüyü kimi Əli Kərimli 11 sentyabr uğursuzluğunu hər vasitə ilə ört-basdır etməyə çalışır. Əli Kərimlinin məntiqindən belə çıxır ki, hakimiyyət xalqı banklardan dollar almağa qoymurmuş. Əslində Əli Kərimlidən başqa ağıllı bir söz də gözləmək doğru olmazdı. Digər tərəfdən AXCP sədri üçün ən əsas pul olduğu da yazmış olduğu statusda əksini tapır.

ABŞ Federal Təhqiqatlar Bürosu: kompüterlərin kameralarını örtün, sizi güdürlər

16 Sentyabr 2016 15:20

"The İndependent" yazır ki, Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) istifadəçilərə, kənar şəxslər tərəfindən güdülməmələri üçün kompüterlərinin kameralarını bağlamağı tövsiyə edib.

Türkiyəli azarkeşləri diri-diri yandırmaq istədilər

16 Sentyabr 2016 15:19

Ukraynanın Odessa şəhərində xuliqanların hücumuna məruz qalan “Fənərbağça” futbol komandasının azarkeşləri ölümlə üz-üzə gəliblər.

Azərbaycanda iki bacının faciəsi - biri öldü, digəri komadadır

16 Sentyabr 2016 15:17

Dünən Novxanıda baş vermiş dəhşətli yol qəzasında ölən və yaralanan iki qızın bacı olduğu məlum olub. 

Fərdi uçot sistemində 32 836 nəfər əcnəbi qeydiyyatdadır

16 Sentyabr 2016 15:16

Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınması prosesi davam etdirilir.

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,5% artıb

16 Sentyabr 2016 15:14

Bu ilin yanvar-avqust ayları ərzində hava nəqliyyatı ilə 1 milyon 341,7 min və ya ötən ilin analoji dövrü ilə müqayisədə 6,5% çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bundan başqa, hava nəqliyyatı ilə yükdaşıma 23% artaraq 98,9 min tona çatıb. Ümumilikdə isə nəqliyyat sektoru ilə daşınana yüklərin 0,1%-i hava nəqliyyatını payına düşüb.

Taksilərdən istifadə sayı artıb

16 Sentyabr 2016 15:13

Cari ilin yanvar-avqust aylarında ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir. Sərnişinlərin 96,1%-i və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9%-i və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Yavər Camalov ABŞ səfirini qəbul edib

16 Sentyabr 2016 15:12

Sentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə MSN-dan verilən məlumata görə, nazir Azərbaycan ilə ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.

Yol polisi yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

16 Sentyabr 2016 15:05

Yağmurlu hava şəraiti ilə bağlı bu gün Bakı şəhəri ərazisində üç yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə “Report”a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir

16 Sentyabr 2016 15:03

Ermənistanın Vayotsdzor əyalətinin Aqavnadzor kəndinin sakinləri yenidən məktəbə, uşaq bağçasına və kənd administrasiyasının binasına girişi bağlayıblar.

Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasına gecikir

16 Sentyabr 2016 15:02

Rusiya prezidenti Vladimir Putinin uçuşunda gecikmələr olması səbəbindən Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclası iki saatlıq təxirə salınıb.