Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasına gecikir
Rusiya prezidenti Vladimir Putinin uçuşunda gecikmələr olması səbəbindən Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclası iki saatlıq təxirə salınıb.
16 Sentyabr 2016 15:02 DünyaRusiya prezidenti Vladimir Putinin uçuşunda gecikmələr olması səbəbindən Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclası iki saatlıq təxirə salınıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qırğızıstan prezidentinin mətbuat xidmətinin əməkdaşının bildirdiyinə görə, Rusiya prezidentinin təyyarəsi uçuş üçün əlverişsiz hava şəraitinə görə, uça bilmir.
Qeyd edək ki, Bişkek sammitində iştirak etmək üçün Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan prezidentləri artıq Qırğızıstandadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31