“Meliorasiya və irriqasiya haqqında” qanun dəyişdirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Modern.az-ın görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31