Yavər Camalov ABŞ səfirini qəbul edib
Sentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə MSN-dan verilən məlumata görə, nazir Azərbaycan ilə ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.
16 Sentyabr 2016 15:12 SosialSentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Bu barədə MSN-dan verilən məlumata görə, nazir Azərbaycan ilə ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfir Robert Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.