Radikal müxalifətdə birincilik davası
“Milli Şura” adlanan qurumun sentyabrın 11-də keçirdiyi uğursuz mitinqin biabırçılığından hələ də özlərinə gələ bilməyən cəbhəçilər və onların sədri olan Əli Kərimli sosial şəbəkələrdə aksiyanın miqyası və təsir gücünün çox olduğu barədə mülahizələr irəli sürməyə başlayıblar. Xarici dairələrdən aldığı pulun müqabilində aksiyaya cəmi bir neçə yüz adam çıxarmağı bacaran Əli Kərimli ona verilən vəsaitin hara sərf edildiyinə aydınlıq gətirmək əvəzinə sosial şəbəkələrdə gülünc statuslar paylaşmaqla müəyyən mənada hədəfə çatdıqlarını iddia edir. Əli Kərimlinin mitinqdən sonra yazmış olduğu statuslardan biri bundan ibarətdir. “Cəmi bir mitinq keçirmişik, artıq kiçik də olsa, nəticələr var. İnsanlar banklardan dollar ala bilir”. Göründüyü kimi Əli Kərimli 11 sentyabr uğursuzluğunu hər vasitə ilə ört-basdır etməyə çalışır. Əli Kərimlinin məntiqindən belə çıxır ki, hakimiyyət xalqı banklardan dollar almağa qoymurmuş. Əslində Əli Kərimlidən başqa ağıllı bir söz də gözləmək doğru olmazdı. Digər tərəfdən AXCP sədri üçün ən əsas pul olduğu da yazmış olduğu statusda əksini tapır.
16 Sentyabr 2016 15:22 SiyasətƏli Kərimlinin Müsavata növbəti xəyanəti
"Milli Şura" adlanan qurumun sentyabrın 11-də keçirdiyi uğursuz mitinqin biabırçılığından hələ də özlərinə gələ bilməyən cəbhəçilər və onların sədri olan Əli Kərimli sosial şəbəkələrdə aksiyanın miqyası və təsir gücünün çox olduğu barədə mülahizələr irəli sürməyə başlayıblar. Xarici dairələrdən aldığı pulun müqabilində aksiyaya cəmi bir neçə yüz adam çıxarmağı bacaran Əli Kərimli ona verilən vəsaitin hara sərf edildiyinə aydınlıq gətirmək əvəzinə sosial şəbəkələrdə gülünc statuslar paylaşmaqla müəyyən mənada hədəfə çatdıqlarını iddia edir. Əli Kərimlinin mitinqdən sonra yazmış olduğu statuslardan biri bundan ibarətdir. "Cəmi bir mitinq keçirmişik, artıq kiçik də olsa, nəticələr var. İnsanlar banklardan dollar ala bilir". Göründüyü kimi Əli Kərimli 11 sentyabr uğursuzluğunu hər vasitə ilə ört-basdır etməyə çalışır. Əli Kərimlinin məntiqindən belə çıxır ki, hakimiyyət xalqı banklardan dollar almağa qoymurmuş. Əslində Əli Kərimlidən başqa ağıllı bir söz də gözləmək doğru olmazdı. Digər tərəfdən AXCP sədri üçün ən əsas pul olduğu da yazmış olduğu statusda əksini tapır.
Əli Kərimli 11 sentyabr mitinqini uğur hesab etsə də, əslində bu aksiya həm Milli Şuranın, eyni zamanda radikal müxalifət düşərgəsinin ciddi uğursuzluğu, bu qüvvələr arasında növbəti savaşın başlanğıcı idi. Əli Kərimlınin təşkil etmiş olduğu aksiyaya istər radikal, istərsə də sağlam mövqedə olan müxalifət partiyalarının rəsmi şəkildə dəstək verməməsinin özü müxalifətdə ciddi8 fikir ayrılığı, ziddiyətlərin mövcudluğundan xəbər verirdi. Xüsusilə, son proseslər AXCP ilə Müsavat arasında hələ də müxalifətin birinciliyi uğrunda mübarizənin getdiyi reallığını ortaya qoydu. Əli Kərimlinin Milli Şura adlanan qurumun adından mitinq keçirməsindən sonra Müsavat Partiyasının da anoloji qərar verməsinin özü müsavatçılarla cəbhəçilərin mehriban düşmən olduğundan xəbər verirdi. Belə ki, uzun müddət davam edən passivlikdən sonra AXCP-nin önə çıxaraq bu passivliyi pozması və radikal dini kəsimin elektoratı hesabına mitinq keçirməsi Müsavat üçün heç də arzuedilən deyildi. Xüsusilə, mitinq keçirilməsi üçün xaricdən maddi yardımın ayrılması barədə söz-söhbətlərin dolaşması Müsavat rəhbərliyini də tamaha salmış oldu. Ancaq görünən odur ki, hər zaman olduğu kimi Əli Kərimli bu dəfə də ənənəvi hiyləgərliyindən istifadə edərək Müsavatı pat vəziyyətinə sala bildi. Belə ki, Müsavatın mitinq qərarından dərhal sonra ondan bir gün əvvələ aksiya elan edən Əli Kərimli bir növ bu gedişi ilə Qərbdəki ağaları qarşısında birincilik obrazı yaratmağa çalışdı. Əslində Əli Kərimlinin bu gedişi müsavatçıların dediyi kimi namərdlik, xəyanət sayıla bilər. Çünki 11 sentyabr mitinqinə Müsavat Partiyası rəsmi şəkildə dəstək verməsə də, ancaq partiya üzvləri əksəriyyət şəkildə mitinqdə iştirak etmişdi. Məhz bu amili nəzərə alan Müsavat rəhbərliyi də zənn edirdi ki, Əli Kərimli də eyni jesti nümayiş etdirəcək. Ancaq görünən odur ki, Əli Kərimli üçün əsas məqsəd müxalifətin lideri, birincisi kimi özünü tanıtdırmaq və Qərbə təqdim etməkdir. Son illərə qədər sabiq Müsavat başqanı İsa Qəmbərin kölgəsində hərəkət edən Əli Kərimli İsa Qəmbər
başqanlıqdan getdikdən sonra özünü əsas güc mərkəzi hesab edir. Artıq xarici dairələr, fondlar tərəfindən müxalifət üçün ayrılan pulların da birbaşa Əli Kərimlinin nəzarətinə keçdiyi bildirilir. Həmin vəsaitləri isə Əli Kərimli şəxsi məqsədləri üçün sərf etdiyindən bu Müsavatda qıcıq yaradır.
Onu da qeyd etmək yerinə düşər ki, Əli Kərimlinin Müsavat Partiyasına qarşı sərgiləmiş olduğu xəyanətkar mövqe o qədər də müsbət qarşılanmır. Belə ki, 11 sentyabr mitinqində Əli Kərimli ilə birgə olan radikaıl dindarlar belə AXCP sədrini bu mövqeyinə görə tənqid ediblər. Radikal dindarların bir qismi də Ə Kərimlinin onların adından qərar qəbul edib Müsavatı sıxışdırmaq cəhdlərini pisləyib. 11 sentyabr aksiyasının iştirakçısı olan dindarlar biri - Elxan Zaman Əli Kərimlinin addımını "cığallıq" adlandırıb. O , Ə. Kərimli centlmen kimi davranmadığından dindarları AXCP-yə deyil, Müsavata dəstək verməyə çağırıb. Eyniilə əyalət cəbhəçiləri də sədrlərinin düzgün addım atmadığı qənaətindədirlər və hesab edirlər ki, müsavatçılar kimi cəbhəçilər də Müsavat Partiyasının nəzərdə tutduğu aksiyaya dəstək verməlidirlər.
Gründüyü kimi, radikal müxalifət düşərgə arasında birincilik uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur. Qərbdəki bəlli dairələr tərəfindən gələn dollar rüzgarı cəbhəçilərlə müsavatçıları fərqli istiqamətlərə yönləndirib. Daha dəqiq desək istiqamət bəlli, daha çox qrant mənimsəmək olsa da, mübarizə fərqlidir. Əslində burda da bir fərqlilik yoxdur. Çünki "daha çox kim irəli çıxacaq", "ana müxalifət mənəm", "mübarizənin önündə bizik" kimi yalnış yanaşmalar 25 ildir ki, radikal düşərgədə hakimdir və mübarizə yalnız bunun uğrunda gedir.
Məhəmməd