Gündəm

Bakı və Yevlax sakinlərindən tapança götürülüb

16 Sentyabr 2016 16:49

Bakı sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aslan Məhərrəmovdan “Naqan” tipli tapança və 3 ədəd patron götürülüb. Həmçinin Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Razi Cəfərovdan “Naqan” tipli tapança və 8 ədəd patron götürülüb.

Qaradağda çinayətkar dəstə ifşa olunub

16 Sentyabr 2016 16:47

Qaradağ rayonunda oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, sentyabrın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsidə yerləşən ticarət mərkəzindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Nofəl İbrahimov və Xırdalan şəhər sakini Kamranbəy Hüseynzadə Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il avqustun 8-də qeyd edilən ticarət mərkəzində daha iki mağazadan geyim əşyaları oğurlamaları da müəyyən edilib.

TANAP-a dair Anlaşma Memorandumu Milli Məclisdə müzakirə olunacaq

16 Sentyabr 2016 16:46

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Qadının çantasını zorla almaq istədi

16 Sentyabr 2016 16:44

Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində naməlum şəxs qəsəbə sakini Şəlalə Xasıyevaya zor tətbiq edərək çantasını almağa cəhd göstərib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elxan Nuriyev tutulub.

Paytaxtda qanlı hadisə

16 Sentyabr 2016 16:42

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bakı şəhər sakini Elşən Əliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən Ucar rayon sakini Roman Əhmədov tutulub. Araşdırma aparılır.

Mağazadan 700 manatlıq paltar oğurlanlar saxlanıb

16 Sentyabr 2016 16:41

Sentyabrın 14-də Bakıda ticarət mərkəzindən oğurluq edilib. “Olaylar”ın məlumatına görə, həmin gün saat 17:30 radələrində, Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları, “Binə” Ticarət Mərkəzində yerləşən, fiziki şəxs Nicat Əzimova məxsus mağazadan ümumi dəyəri 700 (yeddi yüz) manat məbləğində olan geyim əşyalarını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri, 1973-cü il təvəllüdlü İbrahimov Nofəl Eldar oğlu və 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynzadə Kamranbəy Novruz oğlunu saxlanılıb. Onlar sonrakı araşdırmalar aparılması üçün Qaradağ RPİ 10-cu PB-yə təhvil vermişlər. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PB-də araşdırma aparılır.

YAP funksionerindən dağıdıcı müxalifətə sərt sözlər

16 Sentyabr 2016 16:38

“Bu cür dırnaqarası müxalifətə heç cür haqq qazandırmaq olmaz. Çünki ölkəsinin, dövlət və xalqının mənafeyini satanlara haqq qazandırmaq ən azından cinayətdir”. Sözügedən fikirləri  Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev son günlər ölkədəki sabitliyi pozmağa cəhd göstərən dağıdıcı müxalifətin xarici siyasi dairələrlə iş birliyi qurmasına, eləcə də öz aralarındakı çəkişmələrə münasibətini bildirərkən deyib.

Sialə Rüstəmova işdən çıxarıldı

16 Sentyabr 2016 16:23

Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova vəzifəsindən kənarlaşdırılıb. “Olaylar” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında qərar verilib. Kənd təsərrüfatı naziri Heydər Əsədov Qurban bayramının keçirildiyi günlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarəti zəif təşkil olunduğunu deyib.

Siyavuş Novruzov: “Referenduma qarşı çıxanlar xarici dövlətlərin kəşfiyyat orqanlarına işləyir”

16 Sentyabr 2016 16:20

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın təşkil etdiyi mitinqlərə münasibət bildirib.

Pakistanda terroçu-kamikadze məscidə hücum edib, 16 nəfər ölüb

16 Sentyabr 2016 16:08

Pakistanda terrorçu-kamikadze məscidə hücum edib. “Milliyət”in verdiyi məlumata görə, hadisə Əfqanıstanla sərhədyanı zonada baş verib.

Türkiyədə FETÖ üzvü olan prokuror özünü öldürüb

16 Sentyabr 2016 16:07

Türkiyədə FETÖ terror təşkilatının üzvü olmaqda təqsirləndirilərək tutulan şəxs təcridxanada intihar edib.

MTRŞ: Bəzi serialların anonslarında zorakılıq səhnələri çoxluq təşkil edir

16 Sentyabr 2016 16:06

“Yeni yayım mövsümünə start verilməkdədir. Növbəti mövsümdə bəzi şit, bayağı məzmunlu komediya janrlı serialların və digər efir materiallarının da ssenarilərində dəyişiklik olacağını gözləyirik. Bu kimi məsələlər efirin kübarlığı, səviyyəsi nöqteyi-nəzərindən diqqətimizdə olacaq”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Gənclərə vətənpərvərlik hissləri aşılanır

16 Sentyabr 2016 16:02

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması günümüzdə aktual məsələ olduğundan dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da qeyd edilən istiqamətə üstünlük verir, bir qayda olaraq tədbir və layihələrinin əksəriyyətini gənclərin vətənpərvər ruhda tərbiyəsinə həsr edir.

Lavrov: “ABŞ Suriya ilə bağlı razılaşmanın açıqlanmasında tərəddüd edir”

16 Sentyabr 2016 16:00

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la Rusiya arasındaSuriya ilə bağlı anlaşmanın bəzi detallarını açıqlayıb.

Lavrov: "Ankara Əsədin getməsi ilə bağlı ultimatumlardan imtina etməyə başlayıb"

16 Sentyabr 2016 15:47

"Ankara Bəşər Əsədin hakimiyyətdən getməsi tələbindən geri çəkilməyə başlayıb".  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.