Gündəm
İŞİD-in tərkibində döyüşmüş azərbaycanlılara hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilənTehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Deputatdan Qarabağ separatçılarının İranda yarışa qatılmalarına sərt reaksiya
İran İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilməsi və qondarma "Dağlıq Qarabağ Respublikası"nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb.
Bu necə olur: Bakıda satılır, kod Almaniyanın, məhsul Türkiyənin?
Bakı sakinlərindən biri Milli.Az-a müraciət edərək maraqlı halla qarşılaşdığını bildirib. Onun sözlərinə görə, metronun "Əhmədli" stansiyasının yaxınlığındakı apteklərdən birində uşaq bezi alıb. Bezin qutusunun üstündə "Made in Turkiye" yazılsa da, məhsulun barkodu Almaniyaya məxsusdur. Bu isə insanda uşaq bezinin orijinallğına, eyni zamanda təmizliyinə şübhə yaradır.
Xədicə İsmayıl, Türkel Kərimli və Bako Saakyanın oğlu Azərbaycana qarşı FOTOLAR
Məlum olduğu kimi, sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər.
Qadın seçicilərlə görüşlər davam edir
"Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı Xızı rayon qadınları ilə görüşü keçirib. SİA-nın xəbərinə görə, Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin akt zalında keçirilən görüşü Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova açaraq Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixinə təyin edilmiş referendum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Dayısı arvadını öldürməkdə təqsirləndirilən qardaşların cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən üç qardaş - Əziz, Nahid və Cahid Qədəşovların barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Erkin Qədirli: "Adımı siyahıdan çıxardılar, dedilər ki, ermənilər iştirakıma etiraz edə bilərlər"
ReAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli ABŞ Konqresində keçirilmiş dinləmələrdə iştirak siyahısından adının çıxarılmasına aydınlıq gətirib.
Milli Şuranın növbəti mitinqi ilə bağlı ilginc məlumatlar
Milli Şura növbəti mitinqin kütləviliyini təmin etmək üçün aksiyalara pul müqabilində adam cəlb etməyə başlayıb Quruma yaxın şəxslərdən birinin verdiyi xəbərə görə, əsasən AXCP üzvləri işçi qüvvənin toplaşdığı yerlərə - Bakı və ətraf kənd və qəsəbələrdəki əmək bazarlarına, metroların giriş və çıxışlarına, ticarət mərkəzlərinə gedərək iş axtaran vətəndaşlara pul müqabilində mitinqə gelməyi təklif edirlər. Hər bir şəxsə aksiyada 2 saat iştirak üçün 10 manat vəd olunur.
Trend-in ekspertlərinin regiondakı hadisələrlə bağlı "Deutsche Welle"yə müsahibəsi
Rusiyanın Xəzərdə hərbi manevrləri, əsasən, Xəzəryanı ölkələrə öz gücünü nümayiş etdirmək üçündür, baxmayaraq ki, dənizin statusu hələ müəyyənləşdirilməyib və Moskva öz ərazisi, yaxud İranın sularında manevr edir.
Maliyyə Nazirliyi ləğv edilir - Polşada
Polşanın Baş naziri Beata Şidlo Maliyyə Nazirliyinin ləğv ediləcəyini açıqlayıb. Axar.az-a istinadən bildirir ki, baş nazirin qərarına əsasən, maliyyə naziri David Jakieviçvəzifəsindən azad edilib.
Türkiyə "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsinə başlayıb
Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatının üçüncü mərhələsinə başlayıb.
Siyavuş Novruzov: Əli Kərimli növbəti mitinqdə təxribat, qarşıdurma yaratmağa cəhd edəcək
“Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi kimi, Azərbaycan müstəqil dövlətdir və ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət xəttini ardıcıl olaraq davam etdirir. Heç şübhəsiz, ölkəmizdə gedən iqtisadi inkişaf, xalq-iqtidar birliyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Prezidenti dəstəkləməsi bəzi xarici qüvvələri narahat edir”.
Coğrafiya İnstitutu əməkdaşlarının yeni kitabı çapdan çıxıb
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin məskunlaşması və demoqrafik inkişaf problemləri” adlı yeni kitabı çapdan çıxıb.
Mənzil oğrusundan heroin götürülüb
Sentyabrın 15-də Yasamal rayonu ərazisində yaşayan Kamran Bağırovun evindən 4 ədəd mobil telefon və sənəd oğurlanıb.
Mənzilləri qarət edən şıxs saxlanıb
Paytaxtda mənzil oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 9-dan mayın 5-dək olan müddətdə Bakı şəhər sakinləri P.Əliyevə, A.Nəsibova və Y.Rzayevə məxsus evlərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Araz Hüseynov tutulub.














