Trend-in ekspertlərinin regiondakı hadisələrlə bağlı "Deutsche Welle"yə müsahibəsi
Rusiyanın Xəzərdə hərbi manevrləri, əsasən, Xəzəryanı ölkələrə öz gücünü nümayiş etdirmək üçündür, baxmayaraq ki, dənizin statusu hələ müəyyənləşdirilməyib və Moskva öz ərazisi, yaxud İranın sularında manevr edir.
16 Sentyabr 2016 17:12 SiyasətRusiyanın Xəzərdə hərbi manevrləri, əsasən, Xəzəryanı ölkələrə öz gücünü nümayiş etdirmək üçündür, baxmayaraq ki, dənizin statusu hələ müəyyənləşdirilməyib və Moskva öz ərazisi, yaxud İranın sularında manevr edir.
Trend-in məlumatına görə, bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloqArzu Nağıyev "Deutsche Welle" fars redaksiyasına müsahibəsində bildirib.

A.Nağıyev Moskvanın Xəzərdə son hərbi təlimləri ilə bağlı deyib ki, bu manevrlər və raket zərbələri ilə Rusiya İrandan aldığı dəstəyi, İran isə Moskva ilə müttəfiqliyini sübut etdirməyə çalışır: "Təbii ki, qonşu ölkələr və Qərb bu olayları diqqət mərkəzində saxlayır və Kremllə görüşlərdə bu məsələ müzakirə olunur".
Trend İnformasiya Agentliyinin Fars xəbərlər xidmətinin rəhbəri Dalğa Xatınoğlu isə müsahibəsində Qazaxıstanda "Kaşağan" yatağından neft hasilatının bərpa edilməsi imkanları, Azərbaycan və Türkmənistanda neft hasilatı həcmləri, eləcə də İranın üç blok və bir neft yatağının inkişafı üçün xarici şirkətlərə müraciəti haqqında danışıb.

Xəzərdə milyardlarla dollarlıq yeni enerji layihələrinə sərmayə lazımdır. 2021-ci ildə illik 16 milyard kubmetr Şahdəniz qazının 3500 km-lik boru ilə Türkiyə və Avropaya ötürülməsi gözlənilir, Türkmənistan və İran da öz qazlarını Cənub Qaz Dəhlizi ilə Avropaya ötürməyi düşünürlər".
D.Xatınoğlu əlavə edib ki, 3 ay öncə Qazaxıstan dənizə yaxın sahillərində yerləşən Tengiz neft yatağının inkişafı üçün ABŞ-ın Şevron şirkətinin rəhbərlik etdiyi konsorsiumla 37 milyard dollarlıq müqavilə bağlayıb: "Türkmənistan da Xəzərdəki bloklarını inkişaf etdirməyə çalışır. Dənizdən gələn silah səsləri bu layihələrə və ümumiyyətlə, regionun sabitliyinə yaxsı təsir göstərməyəcək".
Musahibənin tam mətni: http://www.dw.com/fa-ir/a-19548173