TANAP-a dair Anlaşma Memorandumu Milli Məclisdə müzakirə olunacaq

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Sentyabrın 16-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyasında ilk iclası keçirilib. "Olaylar" xəbər verir ki, Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov komitədə cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərdən danışıb. Sonra iclasda "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" qanun layihəsinə baxılıb. Valeh Ələsgərov 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanan sənəd barədə məlumat verib. Qeyd olunub ki, qanun layihəsi iki qardaş ölkə arasında təbii qazın istismarı sahəsində əməkdaşlıq üçün olduqca zəruridir. Millət vəkilləri sənədin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılmasını dəstəkləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31