Qaradağda çinayətkar dəstə ifşa olunub

Qaradağ rayonunda oğurluqla məşğul olan dəstə zərəsizləşdirilib. DİN-dən verilən məlumata görə, sentyabrın 14-də Qaradağ rayonunun Lökbatan qəsəbəsidə yerləşən ticarət mərkəzindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Bakı şəhər sakini Nofəl İbrahimov və Xırdalan şəhər sakini Kamranbəy Hüseynzadə Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il avqustun 8-də qeyd edilən ticarət mərkəzində daha iki mağazadan geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31