Konstitusiya dəyişiklikləri təklifi idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır
Sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsinə hazırlıq prosesi davam edir. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində yaradılan müxtəlif təşəbbüs qrupları tərəfindən yerlərdə keçirilən görüşlərdə vətəndaşlara konstitusiyaya ediləcək əlavə və dəyişikliklər barədə məlumatlar verilir, bu dəyişikliklərin zəruriliyi cəmiyyətin diqqətinə çatdırılır. Sevindirici hal ondan ibarətdir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti ölkənin ana qanununa edilməsi nəzərdə tutulan dəyişiklikləri təqdir edir. Ekspertlər hesab edir ki, konstitusiya dəyişiklikləri xalqın maraqlarına xidmət etdiyindən cəmiyyət onu dəstəkləyir. Onların sözlərinə görə, yerlərdə seçicilərlə keçirilən görüşlər belə qənaət formalaşdırır.
16 Sentyabr 2016 13:16 SiyasətDəyişikliklər millətimizin inkişafına xidmət edəcək
Sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsinə hazırlıq prosesi davam edir. Referendumun təbliğat-təşviqat mərhələsi çərçivəsində yaradılan müxtəlif təşəbbüs qrupları tərəfindən yerlərdə keçirilən görüşlərdə vətəndaşlara konstitusiyaya ediləcək əlavə və dəyişikliklər barədə məlumatlar verilir, bu dəyişikliklərin zəruriliyi cəmiyyətin diqqətinə çatdırılır. Sevindirici hal ondan ibarətdir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti ölkənin ana qanununa edilməsi nəzərdə tutulan dəyişiklikləri təqdir edir. Ekspertlər hesab edir ki, konstitusiya dəyişiklikləri xalqın maraqlarına xidmət etdiyindən cəmiyyət onu dəstəkləyir. Onların sözlərinə görə, yerlərdə seçicilərlə keçirilən görüşlər belə qənaət formalaşdırır.
Millət vəkili Şahin İsmayılov deyir ki, Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac, ilk növbədə, cəmiyyətin ən müxtəlif sahələrində özünü qabarıq göstərən sürətli inkişafdan irəli gəlir: "Bir sözlə, həm daxili, həm də beynəlxalq aləmdə xeyli səbəblər toplusu vardır ki, bunlar geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Mən deyərdim ki, həmin dəyişkliklərin reallaşmaması, hətta gecikməyə yol verilməsi ölkəmizin inkişaf perspektivini əngəlləyə bilər". Millət vəkili bildirib ki, dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir: "Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Məhz Prezident İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır. Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Aydın görünür ki, Konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır".
Millət vəkili Sevinc Hüseynova isə deyib ki, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini böyük uğurla davam etdirməsi nəticəsində ölkəmiz möhtəşəm nailiyyətlər əldə edib. Bu nailiyyətlər bütün sahələri əhatə edir. Onun sözlərinə görə, hər bir cəmiyyət inkişaf etdikcə yeni-yeni tələbatlar ortaya çıxır: "Bütün bunlar qanunvericilikdə də öz əksini tapmalıdır. Milli Məclis mütəmadi olaraq bir çox qanunlara zərurət yarandıqca əlavə və dəyişikliklər edir. Amma bir sıra mühüm məqamlar var ki, onlar ölkənin Konstitusiyasında öz əksini tapmalıdır. Ona görə də, bu mühüm məqamlar, əlavə və dəyişikliklər referendum vasitəsilə reallaşdırılır. Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsinin də əsas mahiyyəti bundan ibarətdir. Görüşlərimiz zamanı görürük ki, insanların
referendum aktına münasibəti olduqca müsbətdir. Xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti, verdiyi qərarları birmənalı olaraq dəstəkləyir. Referendum aktı Prezident İlham Əliyevin təşəbbüsüdür və bu amil vətəndaşların konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməsini şərtləndirir".
Yeni Azərbaycan Partiyasının üzvü Cəlal İbrahimov da konstitusiya dəyişikliklərini zəruri sayıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xalqımızın birliyi, təhlükəsizliyi, inkişafı və daim var olması, Azərbaycan Konstitusiyasından müəyyən qüvvələrin sui-istifadə etməməsi üçün, Azərbaycan Respublikası Konstitusiyasında müəyyən dəyişikliklər və əlavələrin edilməsiylə bağlı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edərək, bu dəyişiklikləri ümumxalq səsverməsinə cıxarılma iradəsini ortaya qoyub: "Hər birimizə məlumdur ki, 26 sentyabr 2016-cı ildə, Azərbaycanda Konstitusiya dəyişiklikləriylə bağlı referendum seçkiləri keçiriləcək. Azərbaycan dövlətinin güclənməsinə və güclü millət kimi gələcək hədəflərə getməsinə xidmət edən bu dəyişikliklər, ümumxalq səsverməsinin demokratik bir şəkildə həyata keçəcəyinə inanıram. Bu gün dünyanın bir sıra dövlətləri var ki, güclü millət hakimiyyəti, xalqa, dövlətə, vətənə xidmət yolunda, yetərli gücü olmadığı üçün, Konstitusiyada dəyişikliklər edə bilmirlər. Azərbaycan Respublikası Konstitusiyasında bir necə maddə, bir neçə müddəa və müəyyən sözlərin əlavasiylə, Konstitusiya Cənab Prezidentimiz, İlham Əliyevin liderliyində bir vəhdət təşkil edir". Hakim partiyanın üzvü qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasında yaş həddinin götürülməsi, Parlamentin buraxılması, səlahiyyətlərinin Prezidentə verilməsi, xalq hakimiyyətinin güclənməsi, xainlərin qarşısının güclü bir şəkildə alınması, radikal hərəkətlərin qarşısının alınmasına xidmət edən dəyişikliklər, tam olaraq çağdaş demokratiya dəyərlərinə uyğun, millətimizin güçlü inkişafına xidmət edir.
Məhəmməd