Azərbaycanda hüquqi islahatlar zərurəti yaranıb

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan Konstitusiya dəyişiklikləri həm də ölkənin hüquq sistemində islahatlar deməkdir. Etiraf edilməlidir ki, Konstitusiya dəyişiklikləri hüquqi islahatların davamı olaraq xüsusi əhəmiyyət kəsb edir.

Deputat: "Bu dəyişikliklər beynəlxalq praktikada da mövcuddur"

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan Konstitusiya dəyişiklikləri həm də ölkənin hüquq sistemində islahatlar deməkdir. Etiraf edilməlidir ki, Konstitusiya dəyişiklikləri hüquqi islahatların davamı olaraq xüsusi əhəmiyyət kəsb edir. Milli Məclisin deputatı, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Malik Həsənov qeyd edib ki, Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Hazırda ölkəmizdə siyasi plüralizm, söz və fikir azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam təmin olunub: "Bu reallıq inkaredilməzdir ki, dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində arxada qalan il əvvəlki ildən daha böyük uğurlarla zəngin olur. Bu baxımdan, ölkəmizdəki sosial-iqtisadi inkişafı da xüsusi qeyd etmək lazımdır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilin rolunu önə çəksək, Azərbaycanın iqtisadi inkişaf srategiyasının bu gün digər ölkələrə nümunə göstərilməsi, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğundan bəhs olunması uğurlarımızın təsdiqidir. Hər sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi uğurların davamlılığına əsas yaradır. Ölkə iqtisadiyyatının inkişafında neft-qaz amilinin rolunu önə çəkən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirir". Onun sözlərinə görə, Azərbaycan bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 80 faizinə sahibdir: " Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyündən bəhs ediriksə, bu, ölkəmizin artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşurutların müəyyənləşdirilməsinə maraq göstərir. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təmin olunması ölkənin hərtərəfli inkişafını təmin edən mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Dövlətimizin başçısı İlham Əliyev bu uğurlara əsaslanaraq bildirir ki, bu gün Azərbaycan öz qüvvəsi, maliyyə imkanları hesabına ən mürəkkəb layihələri icra edə və onu məntiqi sonluğa çatdıra bilər. İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələlərdəndir. Son 12 ildə 1 milyon 500 min yeni iş yeri açılıb. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi də dövlətin siyasətində insan amilinə böyük önəm verildiyini təsdiqləyir. Uğurlarımızın qısa təhlili fonunda bir daha bu reallığı təsdiqləmiş oluruq ki, hər dövrün öz cağırışı, tələbi olur. Dövlətimizin bu cağırışları yüksək səviyyədə həyata keçirməsi bugünkü reallıqları təmin edir. Azərbaycan son 12 il ərzində 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasını qarşıya mühüm vəzifə qoyubsa, bu uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. İnkişaf konsepsiyasının işlənib hazırlanmasında və eyni zamanda icrasında beynəlxalq təcrübəyə xüsusi önəm verilməsi Azərbaycan dövlətinin modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin önündə əsas kimi saxlamasından irəli gəlir. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsində də bu amilin rolu inkaredilməzdir. Bir sözlə, qarşımızda həm siyasi, həm sosial, həm də iqtisadi sahələrdə yeni islahatların aparılması kimi vəzifələr var. Bu islahatlar indiyə qədər əldə olunmuş nailiyyətlərin bazasında həyata keçirlir. Təbii ki, bütün bu proseslər Azərbaycan Konstitusiyasında müəyyən yeniliklərin edilməsini zərurətə çevirib. Məncə, sentyabrın 26-da keçiriləcək referendumun mahiyyətinin əsasında bu faktor dayanır". Konstitusiya dəyişikliklərində hüquqi islahatlara toxunan millət vəkili qeyd edib ki, ötən illər ərzində hüquqi müstəvidə də ciddi islahatlarhəyata keçirilib. Və bu gün də ölkəmizin hüquq sistemində çox mühüm dəyişikliklər ərəfəsindəyik: "Son Konstitusiya islahatları 18 mart 2009-cu ildə baş verib. Həmin dövrdən keçən müddət ərzində hər birimiz ölkəmizdə demokratik dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində baş verən dəyişikliklərin şahidi olmuşuq. Təbii ki, bu inkişaf prosesi ölkəmizin əsas qanunu olan Konstitusiyada müəyyən təkmilləşdirmə xarakterli dəyişiklərin edilməsi zərurətini şərtləndirib. Bu dəyişikliklər beynəlxalq praktikada da mövcuddur. Hər bir ölkə mövcud çağırışları, ictimai siyasi münasibətlərin inkişaf səviyyəsini, həmin ehtiyaclara uyğunlaşdırmaq məqsədilə əsas qanununa dəyişikliklər edir".
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31