Prezidentin köməkçisindən SOCAR-ın istiqrazları haqda açıqlama
Azərbaycan hökuməti SOCAR-ın istiqrazları üzrə dividentlərin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir. “Olaylar”ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov istiqrazların təqdimatında deyib. Onun sözlərinə görə, hazırda istiqrazlarla əməliyyatlar üzrə əhalinin gəlirləri vergidən 3 il müddətinə azad edilib: "Lakin hökumət əhalinin bu kateqoriyalı gəlirlərinin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir".
16 Sentyabr 2016 13:33 SosialAzərbaycan hökuməti SOCAR-ın istiqrazları üzrə dividentlərin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir. "Olaylar"ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov istiqrazların təqdimatında deyib. Onun sözlərinə görə, hazırda istiqrazlarla əməliyyatlar üzrə əhalinin gəlirləri vergidən 3 il müddətinə azad edilib: "Lakin hökumət əhalinin bu kateqoriyalı gəlirlərinin vergitutumundan müddətsiz azad edilməsi imkanını nəzərdən keçirir".