Gündəm
Akif Çovdarov gülləkeçirməz şüşə qəfəsə salınacaq
Həbsdəki generalın məhkəmə yerinin dəyişdirilməsinin şok səbəbləri Sentyabrın 20-də ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Ermənistanın sabiq baş naziri Dubaya qaçdı
Ermənistanın sabiq baş naziri Ovik Abramyan Dubaya gedib.
“Bakı Taxıl Terminalı”nın baş texnoloqunun qatillərinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycanda hər gün 166 toy mərasimi keçirilir
2016-cı ilin ilk 7 ayında Azərbaycanın qeydiyyat şöbələrində 35,4 min nikah və 7,4 min boşanma halı qeydə alınıb. Virtualaz.org bildirir ki, nikahların sayını 7 ayın günlərinə bölsək, ölkəmizdə hər gün orta hesabla 166 toy mərasimi təşkil olunur.
Fransada partlayış - xeyli yaralı var
Fransanın Dijon şəhərindəki yaşayış evində partlayış baş verib. RİA Novosti-nin verdiyi məlumata görə, partlayış nəticəsində xeyli insan yaralanıb. Binanın bir hissəsi dağılıb. Partlayışın səbəbi müəyyənləşdirilir.
Azərbaycan İrana qondarma rejimin olimpiadada təmsil olunması ilə bağlı mövqeyini çatdıracaq
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda keçirilən 48-ci erməni olimpiadasında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsil olunmasına münasibət bildirib.
Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar yağacaq
Bakı və Abşeron yarımadasında sentyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Referendumla bağlı təşkil ediləcək “exit-poll” öncəsi keçirilmiş sosioloji araşdırmanın nəticələri açıqlanıb
ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə 26 sentyabr 2016-ci ildə ölkədə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” sorğusu öncəsi sosioloji araşdırma aparıb.
Ukraynada girov götürülən iki azərbaycanlı iş adamı azad olunub
Ukraynada girov götürülən iki azərbaycanlı biznesmen azad edilib. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Ukraynanın Xerson şəhərində bir müddət əvvəl naməlum şəxslər tərəfindən evinin qarşısından qaçırılan 32 yaşlı Təbriz adlı azərbaycanlı iş adamı bu yaxınlarda pul müqabilində azad olunub. İş adamının azad olunması müqabilində ödənilən məbləğ açıqlanmır.
Angela Merkel: "Aİ kritik vəziyyətdədir"
"Avropa İttifaqı kritik vəziyyətdədir və dəyişə bilmək qabiliyyətini təcrübədə göstərməlidir".
Günay: "O mənə həm sevgili, həm də dostdur"
"Həyatımda sevdiyim biri var. Onu həddindən artıq çox sevirəm. Əsl mənim xəyalımdakı insandır". Bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
AZƏRTAC bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.
Uşaq doğmayan qadınlara 80 min dollar ödənilsin - QALMAQALLI TƏKLİF
Roma klubu hər doğulmamış uşaqdan imtinaya görə qadınlara 80 min dollar ödəməyi təklif edir. Şpigelə xəbər verir ki, alimlər, ictimai xadimlər və biznesmenləri birləşdirən beynəlxalq qeyri-hökümət təşkilatı - Roma klubunun bu təklifi aparılan araşdırmaların nəticələri kimi irəli sürülüb.
Azərbaycanda turizm obyektləri üçün məhdudiyyətlər qoyula bilər
Azərbaycanda turizm obyektləri üçün bəzi məhdudiyyətlərin qoyulması təklif edilir. Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində qeyd edilir ki, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına uyğun olaraq, mədəni və təbii irs siyahısına daxil olan, eyni zamanda bu siyahıya daxil olmayan, lakin təkrarolunmaz turizm obyektləri üçün qanunvericiliyə uyğun olaraq nəzarət orqanı tərəfindən xüsusi mühafizə və qorunma rejimi müəyyən edilir. Belə rejim isə həmin obyektə turistlərin axınının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu hal “”İçərişəhər” Tarixi-Memarlıq Qoruğu və “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğuna şamil edilmir.
Əmək Nazirliyi 116 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, bu həftə 116 nəfər əlilliyi olan şəxs Lənkəran və Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərinə istirahətə göndərilib.














