Gündəm

Gömrük ittifaqından ermənilərə sərf etməyən qərarNəzarət gücləndiriləcək

16 Sentyabr 2016 12:13

Ermənistandan və Gömrük ittifaqına üzv olan digər ölkələrdən Moskvaya qazanc əldə etməyə gedənlər Rusiya paytaxtı hökuməti tərəfindən ciddi nəzarətə götürüləcəklər. SİA xəbər verir ki, bu barədə “Qazeta.ru” yazır. Adıçəkilən nəşrə açıqlama verən Moskva regional təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə departamentinin rəhbəri Aleksey Mayorov deyib ki, hazırda paytaxt ərazisində işləyən kifayət qədər vətəndaş var ki, onlar öz işlərini patentsiz görmək hüququna malikdirlər: “Onlar xüsusilə Gömrük İttifaqına daxil olan ölkələrin vətəndaşlarıdırlar. Lakin araşdırmalarımız göstərir ki, ticarət və s. xidmət sahələrində işləyən əksər vətəndaşların müvafiq tibbi sənədləri olmur. O cümlədən, işəgötürənlər onların vergi ödəmələri üçün qeydiyyata almalarında boşluqlara yol verirlər”.  

Mehriban Abasquliyeva: “Xalq belə müxalifəti dəstəkləmir”

16 Sentyabr 2016 12:12

“Dağıdıcı müxalifət liderlərinin əsas hədəfləri dövlətçilik maraqlarına qarşı çıxmaq və bunun müqabilində ermənipərəst dairələrlə əlaqələrini möhkəmləndirərək maddi təminatlarını, o cümlədən, nüfuzdan düşmüş siyasi dividentlərini artırmaqdır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva ənənəvi düşərgədə fəaliyyət göstərən radikal təmayüllü siyasi qurumların Referendum aktı layihəsinə qarşı sifarişli aksiyalar keçirmək cəhdlərinə münasibətini bildirərkən deyib.

Üzük barmağını sıxdı, FHN-i köməyə çağırdı

16 Sentyabr 2016 12:11

Ötən gecə Sumqayıtda maraqlı olay baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:24-də başa çatıb.

Ordu komandanlığı ilə xidməti müşavirə keçirilib

16 Sentyabr 2016 12:09

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müdafiə naziri ərazidə yerləşən və tikintisi davam etdirilən müdafiə əhəmiyyətli obyektlərə baş çəkib.

İran separatçı “Dağlıq Qarabağ”ı tanıyır?

16 Sentyabr 2016 12:08

İran İslam Respublikası tərəfindən Azərbaycanın maraqlarına zidd olan addım atılıb. “OLAYLAR”-ın xəbərinə görə, İslam Respublikasının paytaxtı Tehranda keçirilən 48-ci erməni Olimpiya Oyunlarına separatçı Dağlıq Qaranbağ “Respublikası”ndan da idmançılar dəvət edilib. “Artsax Respublikası” yığması adı altında oyunlara qatılan idmançılar arenada qondarma rejimin bayrağını da dalğalandırıblar. Yarışlarda İran, Ermənistan və Gürcüstan idmançıları mübarizə aparıb. Qeyd edək ki, tədbirin açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisi, Milli Olimpiya Komitəsinin prezidenti K. Haşimi, Tehranın qubernatoru Abdul Hamid Əhmədi, gənclər və idman nazirinin müavini, parlament üzvləri də iştrirak edib.

22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək

16 Sentyabr 2016 12:06

Sentyabrın 19-21-i tarixlərində Bakıda 22-ci Azərbaycan Beynəlxalq Səhiyyə sərgisi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgidə Azərbaycanda tibb turizminin inkişaf potensialları da nümayiş olunacaq. Qeyd edək ki, sərgi zamanı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tibbi turizm sektoru, bu sahənin inkişafı ilə bağlı ikitərəfli görüşlər də keçirəcək.

Müşahidəçilər üçün son gün

16 Sentyabr 2016 12:05

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş referendumla əlaqədar bır sıra prosedurlar bu gün başa çatır. “Olaylar” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, sentyabrın 16-da bütün respublika üzrə müşahidə ilə əlaqədar ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır. Bu gün həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi vaxtı başa çatır.

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının sammitinə qatılıb

16 Sentyabr 2016 12:04

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII sammiti Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlayıb.

Ermənilər 8 dəfə atəşkəsi pozub

16 Sentyabr 2016 12:02

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub. Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Zakir Qaralov Ukrayna baş prokuroruna müraciət etdi

16 Sentyabr 2016 12:01

Azərbaycanın baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin baş prokuroru Yuri Lutsenkoya müraciət edib.

Rusiya Türkiyənin bu şərtlərini qəbul edərsə...

16 Sentyabr 2016 11:57

Rusiya "Türk axını" ilə bağlı Türkiyənin şərtlərini qəbul etməsə də, indi vəziyyət dəyişə bilər. Bu sözləri axar.az-a "Türk axını" layihəsinin yenidən gündəmə gəlməsini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, "Türk axını" layihəsinin məhz payızda gündəmə gəlməsi diqqət çəkir:

Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq

16 Sentyabr 2016 11:56

Sentyabrın 26-ı qeyri-iş günü olacaq. Məlumata görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Səfirliklərin yaxınlığında terakt törətmək istəyən İŞİD-çilər tutuldular

16 Sentyabr 2016 11:31

Türkiyədə xarici diplomatik korpusların yaxınlığında terror aktı törətməyi planlaşdıran İŞİD terror təşkilatlarının üzvləri saxlanılıblar.

Neymar: "Özümü "Barcelona"dan kənarda görmürəm"

16 Sentyabr 2016 11:29

"Barcelona"nın ulduz futbolçusu Neymar reklam müqaviləsi ilə əlaqədar təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, braziliyalı futbolçu PSG prezidenti ilə görüşdüyünü təsdiqləyib:

Özbəkistan prezidentliyinə ilk namizədin adı bəlli oldu

16 Sentyabr 2016 11:27

Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Şövkət Mirzəyev dövlət başçısı postuna namizədliyini verib. Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası Facebook səhifəsində məlumat verib.