Neymar: "Özümü "Barcelona"dan kənarda görmürəm"
"Barcelona"nın ulduz futbolçusu Neymar reklam müqaviləsi ilə əlaqədar təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, braziliyalı futbolçu PSG prezidenti ilə görüşdüyünü təsdiqləyib:
16 Sentyabr 2016 11:29 Dünya"Barcelona"nın ulduz futbolçusu Neymar reklam müqaviləsi ilə əlaqədar təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Goal.az xəbər verir ki, braziliyalı futbolçu PSG prezidenti ilə görüşdüyünü təsdiqləyib:
"Tək onunla yox, bir neçə nəfərlə də bu cür görüşlər keçirdim. "Barcelona"da xoşbəxtəm, ora mənim evimdir. Daha bir neçə il bu zövqü yaşamaq istəyirəm. Özümü "Barcelona"dan kənarda görmürəm".
Qeyd edək ki, 2013-cü ildən "Barcelona"nın şərəfini qoruyan Neymar 94 dəfə meydana çıxıb və 55 dəfə fərqlənməyi bacarıb.