İran separatçı “Dağlıq Qarabağ”ı tanıyır?
İran İslam Respublikası tərəfindən Azərbaycanın maraqlarına zidd olan addım atılıb. “OLAYLAR”-ın xəbərinə görə, İslam Respublikasının paytaxtı Tehranda keçirilən 48-ci erməni Olimpiya Oyunlarına separatçı Dağlıq Qaranbağ “Respublikası”ndan da idmançılar dəvət edilib. “Artsax Respublikası” yığması adı altında oyunlara qatılan idmançılar arenada qondarma rejimin bayrağını da dalğalandırıblar. Yarışlarda İran, Ermənistan və Gürcüstan idmançıları mübarizə aparıb. Qeyd edək ki, tədbirin açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisi, Milli Olimpiya Komitəsinin prezidenti K. Haşimi, Tehranın qubernatoru Abdul Hamid Əhmədi, gənclər və idman nazirinin müavini, parlament üzvləri də iştrirak edib.
16 Sentyabr 2016 12:08 Siyasətİran İslam Respublikası tərəfindən Azərbaycanın maraqlarına zidd olan addım atılıb. "OLAYLAR"-ın xəbərinə görə, İslam Respublikasının paytaxtı Tehranda keçirilən 48-ci erməni Olimpiya Oyunlarına separatçı Dağlıq Qaranbağ "Respublikası"ndan da idmançılar dəvət edilib. "Artsax Respublikası" yığması adı altında oyunlara qatılan idmançılar arenada qondarma rejimin bayrağını da dalğalandırıblar. Yarışlarda İran, Ermənistan və Gürcüstan idmançıları mübarizə aparıb.
Qeyd edək ki, tədbirin açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisi, Milli Olimpiya Komitəsinin prezidenti K. Haşimi, Tehranın qubernatoru Abdul Hamid Əhmədi, gənclər və idman nazirinin müavini, parlament üzvləri də iştrirak edib.