Günay: "O mənə həm sevgili, həm də dostdur"
"Həyatımda sevdiyim biri var. Onu həddindən artıq çox sevirəm. Əsl mənim xəyalımdakı insandır". Bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
16 Sentyabr 2016 12:28 Mədəniyyət"Həyatımda sevdiyim biri var. Onu həddindən artıq çox sevirəm. Əsl mənim xəyalımdakı insandır".
Bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Son günlər şəxsi həyatı ilə gündəmə gələn sənətçi hələ toy haqqında düşünmədiklərini bildirib:
"Onunla çox xoşbəxtəm. Nə yaxşı ki, həyatımda var. O mənə həm sevgili, həm də dostdur.
Münasibətdə rəsmiliyə önəm verənəm. Amma hələ ki, toy planımız yoxdur. Mənə heç vaxt sənətimlə bağlı qadağalar qoymayıb. Amma istəsə, ona görə sənəti ataram.
Mənim üçün sevgidə diqqət, qayğı, hörmət, düzgünlük önəmlidir. Onu da yaşayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31