Həmsədrlər münaqişəni həll etməyə, yoxsa ona mane olmağa çalışırlar?

Son həftələrdə Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərilərinə götürən tərəflərin bu istiqamətdə ciddi addımlar atmasından daha çox söz iyununa üstülnük verdikləri müşahidə edilir. Xüsusilə, həmsədrlərin zaman-zaman çaşdırıcı, problemin həllindən daha çox ona mane olmağa xidmət edən açıqlamalar səsləndirməsinin fonunda bunu görürük. Elə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu günlərdə “İnterfax”a verdiyi müsahibəni bu qəbildən hesab etmək olar.

Ermənilərin ATƏT-in Minsk Qrupundakı havadarları bütün vasitələrlə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına əngəl olurlar

Son həftələrdə Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərilərinə götürən tərəflərin bu istiqamətdə ciddi addımlar atmasından daha çox söz iyununa üstülnük verdikləri müşahidə edilir. Xüsusilə, həmsədrlərin zaman-zaman çaşdırıcı, problemin həllindən daha çox ona mane olmağa xidmət edən açıqlamalar səsləndirməsinin fonunda bunu görürük. Elə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu günlərdə "İnterfax"a verdiyi müsahibəni bu qəbildən hesab etmək olar.

Ümumiyyətlə, aprel döyüşlərindən sonra ortada olan reallıq, müşahidə edilən mənzərə ondan ibarətdir ki, istər Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və ona həmsədrlik edən ölkələr, istərsə də regionda marağı olan digər dövlətlər və güc məırkəzlərinin yeganə istəyi Qarabağ savaşının yenidən başlamamasıdır. Ona görə yox ki, həmin dairələr, dövlətlər və təşkilatlar üçün insan amili əsasdır və onlar qan tökülməsini istəmirlər. Adlarını qeyd etdiyimiz dairələrin yeganə məqsədi erməni qanının tökülməməsi, Ermənistanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşməməsidir. Çünki aprel döyüşləri beynəlxalq aləmə, dünya birliyinə bir həqiqəti çatdırdı ki, Qarabağda müharibə başlayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələri nəinki işğal altında olan ərazilərimizi, hətta tarixən Azərbaycandan zorla qoparılaraq ermənilərə verilmiş torpaqlarımızı azad etməyə qadirdi. Bu isə heç şübhəsiz ki, Azərbaycan əraziləri hesabına yaradılmış işğalçı Ermənistan dövlətinin birdəfəlik məhvi demək olar. Elə bu səbədəndir ki, beynəlxalq birlik tərəfindən qarşıya qoyulan əsas məqsəd mövcud staus-kvonun saxlanılması, Azərbaycanı ərazilərinin itirilməsi ilə barışdırmaqdır. Aprel döyüşlərindən sonra problemin həlli istiqamətində artan diplomatik hərəkətlilik də əslində gözdən pərdə asmağa, Azərbaycanın qalibiyyət əzmini qırmağa xidmət edirdi. Hazırda da bu mənfi tendensiya davam etməkdədir və həmsədrlər nəticəsiz danışıqları davam etdirməklə mövcud status-kvonun saxlanmasına çalışırlar.

Təkamül Partiyasının sədri Teyyub Qəni də hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində vasitəçilərin istəyi və təşəbbüsü ilə aparılan danışıqlar prosesi əslində problemin həllinə deyil, baş qatmağa, vaxt uzatmağa xidmət edir: "Vətənimizin dilbər güşəsi Qarabağın hələ də erməni faşistlərinin tapdağı altında olduğunu unutmamalı və işğala son qoymaq üçün yalnız Azərbaycan xalqına, Azərbaycan əsgərinə və yenə də türk qardaşlarımıza arxalanmaqdan qeyri yol olmadığını birdəfəlik qəbul etməliyik. İgid Azərbaycan əsgərinin 4 günlük aprel savaşında göstərdiyi qəhrəmanlıq bir daha sübut etdi ki, Azərbaycan öz gücü ilə qısa müddətdə işğala son qoymağa qadirdir və bu zaman, lazım gələrsə, yalnız türk qardaşlarımıza bel bağlaya bilər. Biz sülh yolu ilə Qarabağımızın azad edilməsinin mümkün olmayacağını da nəhayət birdəfəlik qəbul etməliyik". Teyyub Qəni bildirib ki, aprel savaşından keçən müddət bunu bir daha çılpaqlığı ilə sübüt etdi: "Bir daha aydın oldu ki, ermənilərin ATƏT-in Minsk Qrupundakı havadarları bütün vasitələrlə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına mane olurlar. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu günlərdə "İnterfax"a müsahibəsində dedikləri bunu sübüt edir. Ceyms Uorlik bildirib ki: "Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək. Amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil. Danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir. Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur". Partiya sədrinin qənaətincə, Birləşmiş Ştatlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu sözdə bəyan etsə də, əməldə bütün vasitələrlə (Azərbaycana hədə-qorxu gəlmək, şantaj etmək də istisna olmamaqla) üzdəniraq onun Azərbaycandan ayrılmasına çalışır. Ceyms Uorlikin son söylədikləri göstərir ki, Birləşmiş Ştatlar nəinki Dağlıq Qarabağın, hətta onun ətrafında işğal olunmuş ərazilərin bir hissəsinin də Azərbaycana qaytarılmamasında maraqlıdır. Ceyms Uorlikin: "Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur" fikrinin başqa nə cür izahı var? Sülh yolu ilə Qarabağımızın azad edilməyəcəyini qəbul etməyimiz üçün daha nələr baş verməlidir?".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31