Gündəm

"Ölkəmizin inkişafı üçün Heydər Əliyev adına neft emalı zavodunun xüsusi əhəmiyyəti var"

19 Sentyabr 2016 13:44

Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.

Oğurluq vərdişdir, yoxsa xəstəlik?

19 Sentyabr 2016 13:41

Cəmiyyət inkişaf etdikcə insanların da həyat tərzi, davranışında dəyişikliklər, bəzən isə hətta mənfi fəsadlar meydana çıxır. Belə mənfi hallardan biri də oğurluq xəstəliyi anlamını verən kleptomaniyadır. Bu cür insanlar əsassən külli miqdarda oğurluq hadisələri deyil, kiçik miqyaslı oğurluqlar edirlər. Bəzən isə buna psixi xəstəlik kimi də yanaşılır. Elə bu səbədəndə də kleptomaniya ilə məşğul olanlara o qədər də ciddi cəzalar tətbiq edilmir. Çünki bu cür insanlar əsl oğurluq hadisəsi törədən, soyunğuçuluqla məşğul olan insanlardan fərqli olaraq törətdikləri əməldən daha tez peşiman olur, onun əzab-əziyyətini çəkir. Hətta oğurladığı hər hansı bir əşyanı anından geri qaytarmağı düşünür.

Erməni baş nazir köməkçisini işdən qovdu

19 Sentyabr 2016 13:39

Ermənistanda baş nazirin köməkçisi Anna Qevorqyan tutduğu vəzifədən azad olunub. Azvision.az bildirir ki, baş nazir Karen Karapetyan qəbul edib. 

"Siyasətə din elementlərinin gətirilməsini millətin təhlükəsizliyinə qəsd hesab edirəm"

19 Sentyabr 2016 13:38

YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi - Əli müəllim, müxalifətin referendum əleyhinə mitinqi növbəti dəfə uğursuz keçdi. Özünü "Milli Şura" adlandıran müxalifətin indiki "mitinq taktikası" barədə nə deyə bilərsiniz? - Əsl həqiqət ondan ibarətdir ki, obrazlı şəkildə ifadə etsək, müxalifət barıtsız patron kimidir.

Xarici ölkələrdə müalicə olunmaq istəyənlərin sayı azalıb

19 Sentyabr 2016 13:36

Respublikadan kənara müalicəyə getmək üçün komissiyaya müraciətlər ilbəil azalır. APA xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyevdeyib. O bildirib ki, Azərbaycanda dünyada mövcud olan əksər müalicə üsulları, son model avadanlıqlar var ki, bu da başqa ölkələrə müalicəyə getmək istəyənlərin sayının azalmasına gətirib çıxarır.

"Dərmanların qiyməti 90 % aşağı düşüb"

19 Sentyabr 2016 13:26

Azərbaycanda dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarına müəyyən düzəlişlər olunacaq. Bunu Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Əli Kərimli: xəyanət, qisaslar, intriqalar toplusu

19 Sentyabr 2016 13:25

Azərbaycanın radikal  müxalifəti üçün son günlərin hadisələri bundan sonra uzun müddət unudulmayacaq rüsvayçılığa, sosiumda, onsuz da, minimum dərəcəsindəki dəstəyinin, ümumiyyətlə, yoxa çıxmasına çevrildi.

Azərbaycan daim yeniləşir və inkişaf edir

19 Sentyabr 2016 13:22

Dövlətçilik baxımından qısa müstəqillik tarixinə malik olan Azərbaycan ən islahatçı ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə sentyabrın 26-sında keçiriləcək Konstitusiyaya əlavə və dəyikliklərlə bağlı ümumxalq səsverməsi də bu islahatların davamı kimi qəbul edilir.

“Dünyanın müxtəlif ölkələrində erməni lobbisinin maliyyə yardımlarından yararlanıb...”

19 Sentyabr 2016 13:20

Bu gün dünyada 60 milyona yaxın azərbaycanlı yaşamaqdadır. Bütün bu böyük toplumun yalnız bir vətəni, bir bayrağı vardır. Uzun sürən mücadilə, minlərlə həmvətənlimizin qanı hesabına qoruyub saxladığımız müstəqilliyimizin yaşamasında və güclənməsində xaricdə yaşayan azərbaycanlıların da üzərinə önəmli rol düşür.

Qarabağ münaqişəsi ətrafında gəzişmələr…

19 Sentyabr 2016 13:13

BMT Baş Assambleyası çərçivəsində Dağlıq Qarabağla bağlı görüş gözlənilir. Xatırladaq ki, bir müddət öncə Minsk qrupunun amerikalı həmsədri Jeyms Uorlik Rusiya Xarici İşlər naziri ilə münaqişənin həlli ilə bağlı müzakirələr aparıb. Müzakirələrin detalları incəliyinə qədər açıqlanmasa da məlum olan odur ki, görüşdə konkret olaraq heç bir razılaşmaya nail olunmayıb. Görünən isə odur ki, ABŞ və Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmlətmək məqsədilə Qarabağ müaqişəsinin həlli istiqamətində səylərini artırıblar. Belə halda, Dağlıq Qarabağla bağlı BMT-də aparılacaq müzakirələrdən nə gözləmək olar? 

Narkomaniyanın cavanlaşmasının başlıca səbəbi nədir?

19 Sentyabr 2016 13:11

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu ziyanın həcmi çox böyükdür. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Ermənistan rəhbərliyi ciddi şəkildə danışıqlardan yayınır

19 Sentyabr 2016 13:10

Ermənistanın mövqeyində yenidən müşahidə edilən aqressivlik, qeyri-konstruktiv yanaşma Dağlıq Qarabağ pobleminin həlli istiqamətində aprel ayından sonra artan diplomatik hərəkətliliyə öz mənfi təsirini göstərir.

Konstitusiya dəyişiklikləri zərurətdən irəli gəlir

19 Sentyabr 2016 13:01

Azərbaycan daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Məlum olduğu kimi sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə ümumxalq səsverməsi keçiriləcək.

Qəlbdəki və qələmdəki Qarabağ:

19 Sentyabr 2016 12:58

“Qəlbdəki və qələmdəki Qarabağ” adlı layihənin İşçi Qrupu və eyni adlı kitabda yazıları yer alan müəlliflərin bir çoxunu şəxsən və ya imzalarından tanıyıram... Bax, elə burdan – bizim üçün vacib olan tanışlıq, tanımaq məsələsindən başlamaq istərdim. Hesab edirəm ki, bu mövzuda həyata keçirilən layihələrin ilk uğuru xeyli sayda yaradıcı insanın bir-biri ilə tanış olması və neçə-neçə müəllifin yaradıcılıq düşüncəsinə bizim üçün böyük önəm daşıyan bir mövzunun – Qarabağ mövzusunun təqdim edilməsidir.