Gündəm
Əli Kərimli Müsavata qarşı oynadı, Əli Kərimli Müsavata qarşı oynadı, Milli Şuranı bir daha batırdı
2013-cü ilin prezident seçkiləri ərəfəsində Kremlin xeyir-duası ilə Azərbaycan müxalifətinin bir hissəsi Milli Şura adında bir qurum yaratdı. O zaman cəmi 2 ay ərzində aparılan müşahidələrdən, əldə edilən informasiyalardan bəlli oldu ki, millilikdən heç bir əsər-əlamət yoxdur bu təşkilatda; Moskvanın projesidir, məhz dövlətçiliyimizin əsaslarının, demokratiya təməllərinin əleyhinədir.
Soydaşlarımız Gürcüstandakı parlament seçkilərinə necə hazırlaşır?
Cənubi Qafqazın daha bir ölkəsi seçki ərəfəsindədir. Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək ümumxalq səsverməsi, referendumun ardınca Gürcüstanda parlament seçkiləri baş tutacaq. Oktyabrın 8-də bu ölkədə keçiriləcək növbəti parlament seçkilərinin təbliğat və təşviqat kompaniyasına artıq bir aydan çoxdur ki, start verilib.
Əmək Nazirliyi 1015 nəfər əlilliyi olan şəxsi istirahətə göndərib
Sentyabrın 19-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 40 nəfər əlilliyi olan şəxs Şəki rayonundakı istirahət mərkəzinə yola salınıb. Bununla da cari ilin yaz-yay mövsümündə nazirliyin xətti ilə əlilliyi olan şəxslərin ölkəmizin səfalı güşələrində istirahətinin təşkili işlərinə yekun vurulub.
Bakıda çoxmərtəbəli binada yanğın olub
Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Mənizlin qalan hissəsi yanğından mühafizə olunub.
2 bacı, 1 qardaş mənzili qarət etdilər
Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
İsmayıllı sakinindən 41 kq narkotik götürülüb
İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mican kənd sakini Elnur Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 27 kiloqram 400 qram olan 47 ədəd çətənə kolu, evinə baxış zamanı isə oradan 13 kiloqram 933 qram marixuana aşkar edilərək götürülüb.
Banderoldan psixotrop tərkibli dərman çıxdı
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 14 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop tərkibli dərmanların müəssisəyə keçirilməsinin qarşısı alınmışdır.
İsa Qəmbər 10-u 5-ə belə düzgün bölə bilmir
“İsa Qəmbər 10-u 5-ə belə düzgün bölə bilmir. Ancaq utanmadan durub kürsüdən camaata ağıl öyrədir”.
Ermənilər atəşkəsə əməl etmir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub. Ermənistan respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Elmar Məmmədyarov Amerikaya gedib
BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində işgüzar səfərdədir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib
Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri stimullaşdırmaq, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir.
Rusiyada liberal ideya tam iflasa uğrayıb
“Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu”.
"Əgər Rusiya atəşkəs məsələsində ciddidirsə..." - ABŞ-dan ittiham
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanı Suriyada atəşkəs məsələsində Əsəd rejiminə yetərli təzyiq göstərməməkdə ittiham edib.
Qurban Qurbanovun illik gəliri açıqlandı - 600 MİN
Azərbaycanda futbol komandalarına rəhbərlik edən məşqçilərin maaşları açıqlanıb. Azerifootball.com məlumat verir ki, Azərbaycanda ən çox maaş alan baş məşqçiQurban Qurbanovdur. Onun aylıq maaşı ayda 50.000 dollardır. Aşağıda sizləri Topaz premyer-liqasının bütün baş məşqçilərinin maaşları ilə tanış edirik:














