Rusiyada liberal ideya tam iflasa uğrayıb

“Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu”.

"Rusiyada parlament seçkisində gözlənildiyi kimi sürpriz baş vermədi, Dövlət Dumasının tərkibinə yenə həmişəki 4 partiya daxil oldu". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Rusiyada keçirilən parlament seçkilərinin nəticələrinə münasibət bildirərkən səsləndirib: "İlkin hesablamalara görə hakim partiya administrativ resurs və şəxsən prezident Vladimir Putinin dəstəyi sayəsində parlamentdə konstitusiyalı çoxluğa malik olacaq. Bu hakim partiya üçün sevindirici xəbər olduğu qədər düşündücü nəticədir. Çünki yaxın illərdə Rusiya iqtisadiyyatında müsbətə doğru dönüş baş verməyəcək və Dövlət Duması qeyri-populyar qanunlar qəbul etmək və yerində sayan hökuməti dəstəkləmək məcburiyyətində qalacaq. Bu seçkilərin digər nəticə ondan ibarətdir ki, Rusiyada liberal ideya tam iflasa uğrayıb. Liberal ideyaların daşıyıcısı olan sağ təmayüllü partiyalar 1 və ya 2 faizin həndəvərində nəticə toplayıblar, heç biri parlamentə düşmək üçün 5 faizlik baryeri aşa bilmədi". Politoloq hesab edir ki, bu nəticədə özlərinin də günah var: "Rusiyalı liberallar bizimkilər kimi vahid ideya ətrafında birləşə bilmir. Hərə yorğanı öz üzərinə çəkir, nəticədə hamısı qapının arxasında qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31