2 bacı, 1 qardaş mənzili qarət etdilər
Bakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
19 Sentyabr 2016 12:46 KriminalBakıda mənzildən xeyli miqdar pul və qızıl oğurlanıb. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuşlar qardaşı Vüsal və bacısı Əfsanə tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31