Gündəm
Prezident təməlqoyma mərasimində iştirak edib
Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Rusiya Ermənistana "İsgəndər-M" raketləri verib: 4 dəst
Ötən həftə İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə sentyabrın 21-də keçiriləcək hərbi paradın məşqləri olub. Bu məşqlərdə Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən barəsində çoxdandır söz-söhbətlər gedən "İsgəndər-M" operativ-taktiki raketləri nümayiş etdirilib. İrəvan küçələrindən üzəri maskalanmış azı 3 belə raket kompleksinin keçdiyi görünüb. Lakin Ermənistan Müdafiə Nazirliyi məsələyə dair şərh verməyib.
Almaniya Akademiyasında Azərbaycan bəstəkarı haqqında məlumat verilib
Almaniyanın Köln şəhərinin Melanthon Akademiyasında 110 –illiyi qeyd edilən sovet bəstəkarı Dmitri Şostakoviş haqqında keçirilən tədbirdə həmvətənimiz pianoçu Elnara İsmayılova geniş mühazirə və musiqi proqramı ilə çıxış edib.
Ərzaq məhsulları bahalaşıb
2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsulları və xidmətlər ötən ilin eyni dövrünə nisbətən 10.8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri 12.2, qeyri-ərzaq məhsullarının qiymətləri 15.6, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 4.9 faiz artıb. Avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.5 faiz artıb. Ərzaq məhsulları 0.6, qeyri-ərzaq məhsulları 0.5, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0.4 faiz bahalaşıb.
Masallıda 8 otaqlı ev yanıb
Masallıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Masallı rayonunun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli, 8 otaqlı evdə yanğın baş verib.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında sentyabr 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir.
Azərbaycana gələn şəxsin düz bağırsağından narkotik tapıldı
İrandan Azərbaycana gələn şəxsin düz bağırsağından narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.
Salyanda 19 km uzunluğunda avtomobil yolu inşa olunur
Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 19 km-dir.
Məktəb direktorları üçün növbəti müsabiqə
Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.
Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb. Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.
Kadırov Çeçenistan rəhbərliyinə keçirilən seçkilərdə liderlik edir
Çeçenistan başçısının səlahiyyətlərini icra edən Ramzan Kadırov respublika rəhbərliyinə keçirilən birbaşa seçkilərdə liderlik edir.
Ərodoğan: Türkiyə Gülən hərəkatı ilə mübarizənin yeni mərhələsinə başlayır
Türkiyə Fətullah Gülən hərəkatı ilə mübarizənin yeni mərhələsinə başlayacaq. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Rusiya Dövlət Dumasında təmsil olunacaq partiyaların adları açıqlanıb
Rusiya Dövlət Dumasına seçkilərlə əlaqədar bülletenlərin 93 faizi sayılıb.
Rio-2016: XV Yay Paralimpiya oyunlarının bağlanış mərasimi keçirilib
Rio-de-Janeyroda XV Yay Paralimpiya oyunlarının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim “Marakana” stadionunda təşkil olunub.














