Gündəm
Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar bu gündən Vətənə dönməyə başlayır
Həcc ziyarətində olan azərbaycanlı zəvvarların ilk qrupu bu gün geri dönür.
Elxan Şahinoğlu: “Bu Rəsul Quliyev hamını bezdirib"
“Bu Rəsul Quliyev hamını bezdirib, yeni heç nə demir, daha kimə ağıl qoymur, nə bilim "o mitinq keçirə bilmir, bu mitinq keçirə bilmir". SİA-nın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu deyib.
Elşən Musayev: “AXCP və Müsavatın birgə mitinqi ilə heç nə dəyişən deyil”
“Ümumiyyətlə AXCP ilə Müsavatın birgə mitinq keçirmələri haqqında təlimat çoxdan verilib. Sadəcə olaraq hər iki partiya bir-birlərinə qarşı olan kin-küdurət üzündən heç cür biraya gələ bilmirlər. Onsuzda onların həm birgə, həm də ayrılıqda mitinq keçirməsi ilə heç nə dəyişən deyil”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Akif Nağı: “Ermənilər heçnədən çəkinmirlər və həyasızdılar”
“Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclasında Azərbaycan Prezident İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanı susdurması ölkəmizin öz torpaqlarını geri qaytarmaq istəyində bir daha prinsipial olduğunu göstərdi”. Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.
Bakıda gizli mason məbədində Türkan Şorayın çıxardığı teatr və MƏXFİ müzakirə
Müsavatın mitinqinin ən murdar siması: yenə də İsa Qəmbər FİASKO
Azərbaycana bıçaq saplayan ''azərbaycanlı müxalifətçilər'' – rəzalətin anatomiyası
Ölkə prezidenti Bişkekdə Sərkisyanı yerində oturdur, “ana müxalifət” təmsilçiləri isə ABŞ Konqresindəölkəmiz və dövlətimiz əleyhinə erməni-daşnaklarla eyni səngəri bölüşür...
"5-ci kolon" Azərbaycan əleyhinə 800 nəfər topladı
Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda növbəti mitinqi keçirilib. Trend bildirir ki, aksiyada Milli Şuranın təqribən 800 üzvü və təəssübkeşi iştirak edib. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı.
Məhsul festivalı, ya "Məhsul"?-MİTİNQƏ SÖZARDI
Milli Şuranın mitinqi başa çatdı. "Onminlər" gəlmədi, heç "minlər" də olmadı. Aksiyada bir neçə yüz nəfər cəbhəçi və ailə üzvü iştirak edirdi. İştirakçıları neçə illərdi siyasətdən yazan jurnalistlər də üzdən tanıyır. Elə onlar da hamısı bir-birilə çoxdanın tanışlarıdı.
Milli Şura dini və dindarları siyasi mübarizə alətinə çevirib
Milli Şuranın bugünkü mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Tale Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə faktiki olaraq əhalini müqavimətə, itaətsizliyə, qarşıdurmaya çağırıb.
Prezident İlham Əliyev Ermənistan prezidentinin təxribat xarakterli çıxışına tutarlı və sərt cavab verdi
MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O, bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.
Prezident İlham Əliyev: "Nə qədər mümkünsə, pambığın alış qiymətini qaldırmalıyıq"
Sentyabrın 17-də Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.
Milli Şuranın mitinqində dövlətə itaətsizlik çağırışı
Mitinqdə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli hazırda məhkəməsi davam edən Taleh Bağırzadənin müraciətini səsləndirib.
"Şura"vilər radikal dindarlara "pənah" apardılar
Bismillahir-rəhmanir-rəhim. Sözümü Rəhman və Rəhim olan Allahın adı ilə başlayıram... İndi oxucu elə biləcək ki, bu yazı ya dini mövzudan bəhs edir, ya da bunu yazan şəxs din xadimi və ya ən azından ilahiyyatçıdır. Xeyr, düşündüklərinizin heç biri deyil. Bu yazıda söhbət siyasətdə öz çirkin maraqları üçün din, daha doğrusu dindar amilindən sui-istifadə edilməsindən gedəcək. Əlqərəz...
Bu gün Milli Şuranın növbəti biabırçı, qeyri-qanuni mitinqinin şahidi olduq
Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.














