Gündəm
Proqram smartfonu insan detektoruna çevirəcək
Kanadanın “Algocian” şirkəti videokameraları insanları tanımaq və ya hərəkət ötürücüsü funksiyasını yerinə yetirmək texnologiyası ilə təchiz etmək üçün proqram hazırlayıb.
Böyük həcmli məlumatlar üçün effektiv proqramlaşdırma dili yaradılıb
Massaçusets Texnologiya İnstitutunun nəzdində olan İnformatika və Süni intellekt laboratoriyalarının alimləri böyük həcmli massivlərdə məlumatların ayrı-ayrı fraqmentləri ilə işləmək üçün nəzərdə tutulmuş “Milk” adlı yeni proqramlaşdırma dilini təqdim ediblər.
Yeni ən sürətli dron təqdim edilib
"Xcraft" şirkəti əlavə mühərrik sayəsində 160 km/saatadək sürət yığmağa imkan verən "Rogue" adlı yeni pilotsuz uçan aparat nümayiş etdirib. Dron əlavə sürətləndirməni əlavə mühərriki işə salacaq yeni rejimin aktivləşməsi zamanı alacaq.
2016-cı ilin sonuna dünya əhalisinin 47%-i internetdən istifadə edəcək
Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 720 milyon insan internetdən istifadə edir. Ancaq bir çox hindli və çinli üçün internet hələ də əlçatmazdır.
Parolları əvəz edəcək avtorizasiya sistemi yaradılıb
ABŞ-ın “UnifyID” startapı yeni məhsul təqdim edib. Söhbət parolsuz avtorizasiya sistemindən gedir. “ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, avtorizasiya üsullarından biri kimi parol çoxdan istifadəçini müdaxilədən qorumaq gücünə malik deyil, ona görə yeni sistem istifadəçinin istifadə etdiyi qurğular, olduğu yerlər və biometrik parametrlər haqda məlumatları təhlil edir. Bu üsulla kənar qurğudan və ya qeyri-tipik yerdən sistemə girişi aradan qaldırmaq olar.
Tanınmış aktrisa hicab bağladı
Aktrisa Qamze Özçelik sosial mediada hesabından paylaşdığı hicablı foto və qeydlə hər kəsi təəccübləndirib. Türkiyə mətbuatının məlumatına görə, o, naməlum bir kişiylə fotosunu bu qeydlə paylaşıb.
Sinem Kobal nə vaxt ana olacaq? -açıqlama
Burak və Fahriye bezdi
Bu il Avstriyada qaldıqları oteldə fanatlarının ifrat sevgisi ilə rastlaşan Burak Özçivit və Fahriye Evcen Danimarkada da çətin anlar yaşayıblar.
Qripdən qoruyan meyvələr
Soyuq havaların gəlməsi ilə dünyada qrip virusu yayılıb. Mütəxəssislər qripdən qorunmaq üçün meyvə yeməyin önəmli olduğunu deyirlər. Qripdən qorunmaq üçün lazım olan meyvələr isə bunlardır.
Diqqət: Duz mikrob öldürücüdür
Gündəlik həyatımızın bir parçası olan duz insan orqanizmi üçün çox faydalıdır. Duz bədənin turşu-qələvi tarazlığını qoruyur. Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir. Süfrə duzu sidik əmələ gəlməsini təmin edir. Sidik yaranmadan isə maddələr mübadiləsinin təhlükəli son məhsulları çölə atıla bilməz. Duz eyni zamanda antiseptik, yəni mikrob öldürücüdür. Qidaların saxlanmasında, şoraba və duzlamalarda istifadə edilə bilər.
Yumurta qabığı ürək və göz əzələsini möhkəmləndirir
Yumrurtanın qabığı ağından və sarısı qədər faydalıdır. Hətta 1 yaşa kimi körpənin menyusuna onu mütləq daxil etmək lazımdır. Yumrurta qabığının tərkibinin 90% kalsium karbonatından ibarətdir.
Portağal şirəsi haqda şok məlumat!
Portağal (apelsin) şirəsi heç də koladan az ziyanlı deyil, belə ki, onun tərkibindəki həddən artıq şəkər var – təxminən qazlı sudakı qədər. MedicInform.Net-in məlumatına görə, bunu İngiltərənin köklük problemləri üzrə hökumət məsləhətçisi deyib.
Bakıda məhkəmədə şahidlik edən qadını döydülər
Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.
Kişilər bu cür qadınları sevmirlər...
1. Kişilər səliqəsiz və zövqsüz qadınları sevmir.
"Futbolçularım pis oynamadılar, amma istəkli deyildilər"
"Manchester United"in baş məşqçisi Joze Mourinyo "Feyenoord"la matçdan sonra maraqlı açıqlamaları ilə yadda qalıb. Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının istəkli oynamamasından gileylənib: "Futbolçularım pis oynamadılar, amma istəkli deyildilər. Futbolda qələbə qazanmaq üçün hirsli, istəkli çıxış etmək şərtdir. Hansı turnir olur-olsun, komandamdan həmişə istəkli oynamasını tələb etmişəm. Fasilədə birdən-birə 8 oyunçunu əvəzləməli idim. Futbolçularla söhbət etdim və ikinci hissədə dediklərimə əməl etdilər. "Feyenoord" sadəcə uduzmamağa çalışırdı ki, hesabı açdı. Bu gün məğlubiyyətə layiq olduğumuzu düşünmürəm".














