Burak və Fahriye bezdi
Bu il Avstriyada qaldıqları oteldə fanatlarının ifrat sevgisi ilə rastlaşan Burak Özçivit və Fahriye Evcen Danimarkada da çətin anlar yaşayıblar.
16 Sentyabr 2016 19:27 DünyaBu il Avstriyada qaldıqları oteldə fanatlarının ifrat sevgisi ilə rastlaşan Burak Özçivit və Fahriye Evcen Danimarkada da çətin anlar yaşayıblar.
Türkiyə mətbuatının məlumatına görə, cütlük baş verənlərdən sonra özlərinə cangüdən tutmaq qərarına gəliblər. Getdikləri yerlərdə rahat hərəkət edə bilməyən sevgililər bütün bu sevgidən beziblər.
Eyni zamanda Burakın fanatları F.Evceni tənqid etməkdən də çəkinmirlər. Buna görə də cütlük qala gecələrdə olduğu kimi hər yerdə mühafizəçilərlə gəzəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31