"Futbolçularım pis oynamadılar, amma istəkli deyildilər"
"Manchester United"in baş məşqçisi Joze Mourinyo "Feyenoord"la matçdan sonra maraqlı açıqlamaları ilə yadda qalıb. Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının istəkli oynamamasından gileylənib: "Futbolçularım pis oynamadılar, amma istəkli deyildilər. Futbolda qələbə qazanmaq üçün hirsli, istəkli çıxış etmək şərtdir. Hansı turnir olur-olsun, komandamdan həmişə istəkli oynamasını tələb etmişəm. Fasilədə birdən-birə 8 oyunçunu əvəzləməli idim. Futbolçularla söhbət etdim və ikinci hissədə dediklərimə əməl etdilər. "Feyenoord" sadəcə uduzmamağa çalışırdı ki, hesabı açdı. Bu gün məğlubiyyətə layiq olduğumuzu düşünmürəm".
16 Sentyabr 2016 19:00 İdman"Manchester United"in baş məşqçisi Joze Mourinyo "Feyenoord"la matçdan sonra maraqlı açıqlamaları ilə yadda qalıb. Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı komandasının istəkli oynamamasından gileylənib: "Futbolçularım pis oynamadılar, amma istəkli deyildilər. Futbolda qələbə qazanmaq üçün hirsli, istəkli çıxış etmək şərtdir. Hansı turnir olur-olsun, komandamdan həmişə istəkli oynamasını tələb etmişəm. Fasilədə birdən-birə 8 oyunçunu əvəzləməli idim. Futbolçularla söhbət etdim və ikinci hissədə dediklərimə əməl etdilər. "Feyenoord" sadəcə uduzmamağa çalışırdı ki, hesabı açdı. Bu gün məğlubiyyətə layiq olduğumuzu düşünmürəm".
Xatırladaq ki, "Feyenoord" - "Manchester United" matçı 1:0 hesabı ilə başa çatıb.