Bakıda məhkəmədə şahidlik edən qadını döydülər

Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.

Bakı sakini üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib.

Lent.az bildirir ki, Nəsimi Rayon Polis İdarəsinə müraciət edən 1968-ci il təvəllüdlüSeyfullayeva Nazilə Böyükağa qızı bildirib ki, sentyabrın 14-də, saat 15:30 radələrində Səməd Vurğun küçəsi 38 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında Gülbəniz adlı qadının hücumuna məruz qalıb və həmin qadın onu döyüb. Şikayətçi əlavə edib ki, Gülbənizi daha əvvəldən tanıyır və məhkəmədə şahidlik etdiyi üçün onun qəzəbinə tuş gəlib. 

Müraciət əsasında araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31