Almaniya Akademiyasında Azərbaycan bəstəkarı haqqında məlumat verilib

Almaniyanın Köln şəhərinin Melanthon Akademiyasında 110 –illiyi qeyd edilən sovet bəstəkarı Dmitri Şostakoviş haqqında keçirilən tədbirdə həmvətənimiz pianoçu Elnara İsmayılova geniş mühazirə və musiqi proqramı ilə çıxış edib.

Almaniyanın Köln şəhərinin Melanthon Akademiyasında 110 -illiyi qeyd edilən sovet bəstəkarı Dmitri Şostakoviş haqqında keçirilən tədbirdə həmvətənimiz pianoçu Elnara İsmayılova geniş mühazirə və musiqi proqramı ilə çıxış edib. "OLAYLAR"-a daxil olan məlumata görə, Akademiyanın üzvü xanım Nikola Müllers Akademiya ilə musiqiçilərin əməkdaşlığından danışıb və Elnara İsmayilovaya çıxışına görə təşəkkürünü bildirib. Məhz Elnara İsmaılovanın təşəbbüsü ilə proqram çərçivəsində Şostakovişlə yanaşı ayrıca bir bölmə də Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevə həsr edilib. Köln Musiqi Akademiyasının dosenti Elnara İsmailova Qara Qarayevin yaradıçılığı haqqında və onun "Şostakoviç məktəbi" ilə əlaqlələri haqqında məlumat verib, Qara Qarayevin bəstəkarlıq istedadının Şostakoviç tərəfindən yüksək qiymətləndirilməsini qeyd edib. Pianoçu Qara Qarayevin Azərbaycan musiqisində folklor ilə müasirlik simbiozundan danışıb, Qara Qarayevin məhz bu sahədə 20-ci əsrin musiqisinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb. Daha sonra Elnara İsmailova Şostakoviçin əsərləri ilə yanaşı Qara Qarayevin "24 prelüd" əsərini ifa edib. Qara Qarayevin musiqisi böyük maraq doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31